Yuxarı

İrəli getmək barədə düşünürlər - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Müdafiə Nazirliyinin əməkdaşları Tərtər rayonunda jurnalistlərin suallarına cavab veriblər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Musavat.com-a deyib ki, ermənilərin bir qayda olaraq yaşayış məntəqələrimizi vurması dinc əhaliyə təhlükə yaradır:

"Hərbçi, mülki vətəndaşlarla deyil, hərbçi ilə müharibə aparmalıdır. Ermənilər isə bilincli və məqsədli şəkildə Ağdamın, Tərtərin dinc sakinlərinin yaşadıqları ərazilərə, məktəblərə atırlar. Bunun adı erməni barbalığıdır. Bizim atdığımız hər bir mərmi yüksək dəqiqliyə malik silahlardan atılır. Ermənilər haradan atəş açırlarsa, bizim hərbi qulluqçularımız da o istiqamətə cavab atəşi açırlar. Ermənilər isə birbaşa yaşayış məntəqələrini hədəfə alırlar".

"Belə olan təqdirdə, onları qorumaq məqsədi ilə yerli sakinlərin köçürülməsi zərurəti yaranırmı?" sualına polkovnik belə cavab verib:

"Ağdam və Tərtər əhalisində bir halın şahidi oldum ki, insanlar ancaq irəli getmək haqqında, düşməni məhv etmək barədə düşünürlər. Aprelin əvvəllərində bizim əhalinin, xüsusilə gənclərin silahlı qüvvələrimizə kömək etməyə nə qədər hazır olduqlarını gördük. Biz onların qarşısını alırdıq ki, ehtiyac yoxdur. Yəni Ali Baş Komandanımızın Silahlı Qüvvələrimizə göstərdiyi diqqət və qayğını hər kəs görür. Biz ordumuza yardım etmək istəyən əhalimizə də öz minnətdarlığımızı bildiririk. İnsanlarımız ön xətdə olan hərbi qulluqçularımızla hər şeylərini paylaşmağa, o cümlədən qan bankına qan verməyə belə hazırdırlar. Bütün bunların hamısı bizə mənəvi dəstəkdir. Mənəvi dəstək isə bizim üçün ən əsas haldır. 18-20 yaşındakı əsgərlərimizin sadəcə olaraq gözlərini görmək lazımdır, o gözlərdən ancaq düşməni bu torpaqlardan qovmaq istəyi oxunur. Düşmənin nə söyləməsindən asılı olmayaraq, işğaldan azad olunan bütün məntəqələr, düşmənin hər bir hərəkəti tərəfimizdən nəzarətdə saxlanılır. Lazım olan məqamda da gələn zərbələrə cavab zərbəsi endiririk".

Tarix
2016.04.28 / 20:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla