Yuxarı

Ölkədə dizel istehsalı beş dəfə artdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkədə dizel istehsalı beş dəfə artdı

Dövlət Statistika Komitəsinin məlumatına görə, neft məhsullarından dizel yanacağının istehsalı 5,1 dəfə, sürtgü yağları istehsalı 13,3 faiz, neft bitumu istehsalı 2,7 faiz artıb. Dizel yanacağının istehsalının bu qədər artmasının səbəbi nədir?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Bakupost.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli dizel yanacağının istehalının artımına səbəbin Neftayırma Zavodunda yeni qurğuların işə düşməsi olduğunu bildirib.

"Uzun müddət idi ki, təmir gedirdi. İndi artıq iki yeni qurğu işə düşüb. Dizel yanacağının istehsalında yeni qurğuların istehsala başlaması ilə əlaqədar ciddi bir artım var", - o deyib.

Ekspert qeyd edib ki, digər tərəfdən, dizel yanacağına təkcə Azərbaycanda deyil, region ölkələrində də tələbat artıb:

"Ola bilər ki, Azərbaycanın dizel yanacağı ixrac üçün də nəzərdə tutulub. Artan tələbatı ödəmək üçün ölkə xam neftdənsə, daha çox dizel yanacağı ixracına üstünlük verir. Məsələn, qonşu Gürcüstanda Azərbaycan istehsalı olan dizel yanacağı satılır”.

Ekspert əlavə edib ki, ölkə daxilində də istehlak artıb. İşğaldan azad olunmuş bölgələrdə kənd təsərrüfatı və quruculuq işlərinin aparılması üçün dizel yanacağına böyük tələbat yaranıb:

"Ona görə də istehsalatın yenidən qurulması və artan tələbat fonunda istehsalın 5 dəfə artması heç də təəccüblü deyil".

Tarix
2024.12.02 / 22:51
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla