Yuxarı

Silahlı Qüvvələrimizin nümayəndələri iki ölkədə - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasının nümayəndə heyəti Bolqarıstan və Çexiyada səfərdə olub.

Axar.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Çexiyanın Brno şəhərindəki Müdafiə Universiteti və Bolqarıstanın Sofiya şəhərində yerləşən G.Rakovski adına Hərbi Akademiyada keçirilən işçi görüşlərində iştirak ediblər.

Tədbirlərdə NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Bolonya təhsil sistemi və Fəlsəfə Doktoru proqramının tətbiq edilməsi təşəbbüsünə dəstək" mövzularında brifinqlər təqdim olunub.

Görüşlər zamanı hərbi təhsil sisteminin inkişafı və elmi-pedaqoji kadr hazırlığı üzrə təcrübə mübadiləsinin aparılması, eləcə də hərbi təhsilin perspektivləri üzrə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Tarix
2016.04.30 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla