Yuxarı

Türkiyə Suriyada o qədər gücləndi ki… - İrana ağır zərbə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Suriyada o qədər gücləndi ki… - İrana ağır zərbə

Bəşər Əsədin gedişi İrana ağır zərbə oldu. Əvvəl İran Suriya üzərindən Hizbullahı silah-sursatla təmin edirdi. Aralıq dənizinə çıxışı vardı. İsrailə qarşı təxribatlar hazırlaya bilirdi. İndi isə Suriyanın qapısı İranın üzünə qapandı.

Axar.az xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli Suriyada müxalifətin hakimiyyəti ələ alması və Əsəd rejiminin devrilməsi haqda qeyd edib.

O bildirib ki, 2012-ci ildə, yəni Suriyada proseslərin başlamasının ilk dönəmində ölkə əhalisinin 80 faizi sünni, 10 faizi ələvi və 10 faizi xristian idi:

“Bəşər Əsəd ələviləri təmsil edirdi. Suriyanın sünni çoxluğu isə onu iqtidarda görmək istəmirdi. Bundan sonrakı Suriyada istənilən konfiqurasiyada İrana yer yoxdur. O da istisna deyil ki, Suriyada baş verənlər İrana da sıçraya bilər.

Eyni şeyləri Rusiya haqqında da demək olar. Rusiya da bundan sonra Suriyada yad element kimi dışlanacaq.

Türkiyənin isə Suriyaya təsir imkanları kəskin şəkildə artdı. Bundan sonra Suriyada əsas söz sahibi Türkiyə olacaq. Bu isə Suriyada yaşayan türkmanların ölkənin idarəçiliyində önə çıxmasını təmin edə bilər.

Türkiyənin Yaxın Şərqdə əsas oyunçuya çevrilməsi Azərbaycanın da əlini gücləndirir. İnanıram ki, Türkiyə və Azərbaycan Suriyadakı türkmanlara ciddi dəstək verəcəklər”.

Tarix
2024.12.08 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

Ərdoğanın İlham Əliyevi şəxsən dəvət etməsi... - Deputat

Vaqif Sadıqov etimadnaməsini Gi Parmelinə təqdim etdi

Azərbaycan və Norveç siyasi məsləhətləşmələr apardı

Netanyahu 5 gündən sonra gedir? – Ekspert

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla