Yuxarı

Əliyevin Ərdoğana zəngi: Bakı prosesə qoşuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin Ərdoğana zəngi: Bakı prosesə qoşuldu

Əliyev Ərdoğanla telefon söhbətində Azərbaycanın Suriyada Türkiyə ilə birlikdə hərəkət edəcəyini və humanitar dəstək verəcəyini bildirib.

Bakı və Ankaranın Suriyada birlik nümayiş etdirməsi strateji müttəfiqlik sazişinə uyğun olaraq, iki ölkənin xarici siyasətdə addımlarını eyniləşdirmək hədəflərinə əsaslanır. Və Azərbaycan post-Əsəd Suriyasında iştiraka bir neçə kontekstdə maraqlıdır:

- Suriya xalqının humanitar problemlərinin həllində iştirakı ərəb dünyası ilə münasibətlər fonunda sərfəli gedişdir;

- Bakı İraq türkmanları ilə əlaqələrin qurulmasından sonra Suriyadakı türkmanlarla da daha sıx əlaqələr qura, Yaxın Şərq siyasətinə təsir edə biləcək faktor əldə edə bilər;

- Suriyada yer almaq Bakıya bu ölkədə mübarizə aparan müxtəlif güc mərkəzləri (ABŞ, İsrail, İran, Rusiya) ilə münasibətlərdə diplomatik manevr imkanları qazandırır.

Azərbaycanın dəstəyi Suriyada Türkiyənin əlini gücləndirə biləcək faktordur:

- Mövcud vəziyyətdə Suriyada maraqlı ölkələrin heç biri Ankaranın müttəfiqi deyil: Türkiyə Azərbaycanın timsalında öz müttəfiqini prosesə daxil etməklə daha güclü cəbhə qurmaq istəyir;

- Bakı Suriyadakı proseslərin inkişafında maraqlarının toqquşacağı gözlənilən Ankara-Təl-Əviv arasında ortaq mövqelərin tapılmasında körpü ola bilər.

Tarix
2024.12.11 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla