Yuxarı

Ermənilərin Bakının “hücum edəcəyi” panikasının səbəbi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilərin Bakının “hücum edəcəyi” panikasının səbəbi...

Zəngəzurla bağlı bu tip bəyanatları adətən Baş nazir Nikol Paşinyan və hökumətə qarşı müxalif mövqedə olan erməni politoloqlar səsləndirir.

Bu sözləri Axar.az-a politoloq Elxan Şahinoğlu erməni siyasi ekspertlərin Türkiyənin Suriyada güclənməsindən sonra Azərbaycanın Zəngəzura hücum edəcəyi haqda bir-birinin ardınca, dayanmadan açıqlamalar verməsinin səbəbləri haqda danışarkən deyib.

Ekspert bildirib ki, Bəşər Əsəd hakimiyyəti ilə sıx əlaqədə olan Ermənistan faktiki olaraq Əsəd rejimi ilə birgə uduzanlar cərgəsindədir:

“Bu isə daxili siyasətdə istifadə edilir və erməni ekspertlər bu uğursuzluğu Azərbaycanın hücum edəcəyi panikası ilə şişirtməklə hakimiyyətə qarşı mübarizə aparırlar. Halbuki Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin edib və hər hansı savaşa hazırlaşmır, baxmayaraq ki, Zəngəzur qədim Azərbaycan torpağıdır. Əlbəttə, bizim istəyimiz azərbaycanlıların qovulduqları dədə-baba torpaqlarına qayıdışının təmin edilməsidir. Amma erməni müxalifəti və onlara bağlı olan jurnalistlər, ekspertlər bunu belə qələmə vermək istəyirlər ki, guya Azərbaycan hücuma hazırlaşır, sərhəddə qoşun birlikləri yığır, Paşinyan isə heç bir tədbir görmür, əksinə, güzəştlərə gedir. Bu, əlbəttə, reallığı əks etirmir. Azərbaycan Ermənistanla sülh sazişi imzalamağa çalışır, amma şərtimiz var ki, Konstusiya dəyişsin, Azərbaycana ərazi iddiası ehtiva edən bənd oradan çıxarılsın.

Zəngəzur dəhlizinin açılması da marağımızdadır. Amma burada söhbət güc tətbiqindən getmir. Əksinə, deyirik ki, İrəvan qərar versin və dəhlizin Ermənistan hissəsinin tikintisinə başlasın. Çünki bu layihə ümumi regionun, o cümlədən Ermənistanın da iqtisadi maraqlarına uyğundur”.

Tarix
2024.12.18 / 13:28
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyevin bu qərarını alqışlayıram - Paşinyan

Meksika Azərbaycana hərbi attaşe təyin etdi

Azərbaycanın bu ölkədə səfirliyi açıldı

Əli Əsədov Berdiməhəmmədovla görüşdü

Şahramanyan Bakıya hansı məlumatları ötürüb? - Yeni faktlar

Əli Əsədov Türkmənistanda səfərdədir

İki gömrük işçisi ölkədən qaçdı - Şok

İlham Əliyev türkmənistanlı həmkarına məktub göndərdi

Siyartodan Azərbaycanla bağlı açıqlama

Usubov oğlunun həbsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla