Yuxarı

Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əliyev Kiselyova müsahibəsində Ermənistanla sülh sazişi sənədinin 17 maddəsinin 15-nin razılaşdırıldığını, ikisinin razılaşdırılmadığını bildirib. Bu, sülh sazişində razılaşdırılan və razılaşdırılmayan maddələrlə bağlı Bakıdan ilk rəsmi açıqlamadır.

İndiyə qədər Ermənistan mütəmadi olaraq bu haqda danışırdı, lakin Paşinyan da daxil olmaqla erməni rəsmilər “razılaşdırılmayan maddələrin” nələri ehtiva etdiyini gizlədirdi. Əliyev isə bütün detalları açıqladı və iki maddənin nədən ibarət olduğu aydın oldu:

- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtinası;

- Üçüncü ölkələrin nümayəndələrinin sərhəddə yerləşdirilməməsi: Avropa Birliyinin müşahidə missiyasının fəaliyyətinin dayandırılması.

Kazan görüşündə tərəflər hər iki maddə üzrə razılaşa biləcəklərini nümayiş etdiriblər.

Birinci maddə - beynəlxalq iddialardan imtina məsələsində razılaşma mümkün görünür, çünki İrəvanın bundan imtina etməsi Azərbaycana vurulan zərərin – təqribən 150 milyard dollar – ödənilməsi reallığı ilə üzləşməsi deməkdir. Əliyev bununla bağlı xəbərdarlıq mesajı göndərdi.

İkinci maddənin – AB-nin müşahidəçilərinin bölgədən çıxarılmasının Cənubi Qafqazda güc balansını tamamilə dəyişə biləcək amil olduğunu nəzərə alsaq, bu məsələdə razılaşma asan görünmür.

Azərbaycanın da iştirakı ilə əldə olunan ilk razılaşmaya görə, müşahidəçilərin bölgədəki missiyası iki ay müddətində nəzərdə tutulsa da, sonradan bu müddət uzadıldı və say tərkibi artırıldı. “Müşahidəçi” adı altında 1500 nümayəndənin olduğu haqda məlumatlar var və iştirakçı ölkələrə baxdıqda, xüsusilə AB üzvü olmayan Kanadanın timsalında, Əliyevin də dediyi kimi, sərhədimizdə NATO missiyasının fəaliyyət göstərdiyini demək mümkündür. Bakı İrəvandan bu missiyaya son qoyulmasını tələb edir. Lakin bunun tamamilə İrəvanın iradəsindən asılı olduğunu demək çətindir.

AB-nin müşahidə missiyası gələn ilin fevralında başa çatır. Brüssel müddətin uzadılmasında maraqlıdır, 2025-ci ildə AB-yə rəhbərlik edəcək Polşanın Prezidenti Andjey Dudanın Arazdəyənə səfəri, Fransa başda olmaqla, Avropa ölkələrinin İrəvandakı səfirlərinin sərhəddə müşahidəçilərlə intensiv görüşü də bundan qaynaqlanır. İstisna deyil ki, missiyanın uzadılması məsələsi tezliklə AB-də müzakirəyə çıxarılacaq və yekdil qərarın çıxarılmasına çalışacaqlar.

Çünki AB müşahidəçiləri Qərbin Cənubi Qafqazda mövcudluğunun əsas platformalarından biridir. Gürcüstanda Gürcü Arzusunun qələbəsi və Avropanın əsas ümidi olan Zurabişvilinin yerinə yeni prezidentin seçilməsindən sonra Ermənistan və bu ölkədəki AB missiyasının Qərb üçün əhəmiyyəti daha da artıb.

Bakının missiyanın çıxarılması istiqamətində iki gedişi qalır:

1. Macarıstan üzərindən AB-də yekdil qərarın çıxarılmasının qarşısını almaq: missiyanın müddətinin uzadılması ittifaqın 27 üzv dövlətinin yekdil qərarından asılıdır, hərçənd, nəticənin əldə edilməsi asan görünmür;

2. Ermənistan qarşısında şərt kimi irəli sürmək. Ki, Bakının iki tələbindən biri budur və İrəvan bunu etmədiyi müddətdə sülhün imzalanması da üfüqdə uzaqlaşır.

Hərçənd, hər şey bununla da bitmir. Bakının daha iki tələbi var:

- Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyanın dəyişdirilməsidir;

- ATƏT-in de-fakto mövcud olmayan Minsk Qrupunun de-yure ləğv edilməsi üçün Ermənistanın Azərbaycanla eyni mövqedən çıxış etməlidir.

Ermənistan Minsk Qrupu məsələsində razılaşa bilər, lakin bundan hələki danışıqlarda “əlini gücləndirmək” üçün kart kimi istifadə edəcəyi görünür. Konstitusiyanın dəyişdirilməsi isə qarşıdakı iki ildə nəzərdə tutulur.

Nəticə: Bakının tələbləri qəbul edilmədiyi müddətdə İrəvanla yekun sülh olmayacaq.

Tarix
2024.12.19 / 07:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

Prezident nazirə baxdı: Buna dərhal son qoyacağıq

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla