Yuxarı

SOCAR Fransa şirkəti ilə müqavilələr imzaladı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 3-də Heydər Əliyev adına neft emalı zavodunda (NEZ) yenidənqurma və modernləşdirilməsi layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində zavod ilə Fransanın "Air Liquide" şirkəti arasında lisenziya, mühəndislik və zəmanət müqavilələri imzalanıb.

Axar.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə SOCAR-ın emal üzrə vitse-prezidenti David Məmmədov, şirkətin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov, "Air Liquide" şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domeniko de Eliya, şirkətin rəhbər nümayəndələri Jörq Ot və Benjamin Buqeat, eləcə də Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQENKK), "SOCAR KBR" şirkətinin nümayəndələri iştirak ediblər. Müqaviləni Heydər Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və "Air Liquide" şirkətinin qlobal mühəndislik və tikinti məsələləri üzrə vitse-prezidenti Domeniko de Eliya imzalayıblar.

Mərasimdə Heydər Əliyev adına NEZ-in yenidən qurulması layihəsindən ətraflı söz açılıb, imzalanan sənədin əhəmiyyəti vurğulanıb. Müqaviləyə əsasən, layihə çərçivəsində tələb olunan yüksək saflıqlı hidrogenin (həcmə görə minimum 99,9 faiz) təchizatının təmin edilməsi məqsədilə "Air Liquide" şirkəti zavodun ərazisində yeni hidrogen istehsalı qurğusunun inşasına cəlb ediləcək. Sənədin imzalanması ilə hidrogen istehsalı üzrə ixtisaslaşmış "Air Liquide" şirkəti layihə üzrə icra qrafikinə uyğun olaraq, texnoloji layihələndirmə paketinin (PDP) hazırlanması işlərinə başlayacaq.

Baş ofisi Parisdə yerləşən "Air Liquide" şirkəti sənaye qazlarının istehsalı və tədarükü, sənaye qazlarının istehsalı obyektlərinin mühəndisliyi, təchizatı, tikintisi üzrə ixtisaslaşan və müxtəlif xidmətlər üzrə dünyanın aparıcı qurumlarındandır.

Tarix
2016.05.04 / 01:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Ribunyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla