Yuxarı

Cəbhə sakinləri: "Tezliklə qələbə qazanacağıq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbhə sakinləri: "Tezliklə qələbə qazanacağıq"

Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın qoşunların təmas xəttində yerləşən Tərtər və Ağdam rayonlarına səfərləri, hərbçilərlə və sakinlərlə görüşləri, erməni silahlı qüvvələrinin atəşi nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı dövlətimizin başçısının Sərəncam imzalaması cəbhəyanı kəndlərdə yaşayan insanlarda böyük ruh yüksəkliyi yaradıb. Düşmənlə üz-üzə yaşayan kəndlərin əhalisi bir daha əmin oldu ki, dövlətimizin başçısı hər zaman onların, Vətənimizin müdafiəsində dayanan əsgər və zabitlərin yanındadır.

AzərTac-ın müxbiri cəbhə xəttində yerləşən kəndlərin sakinləri ilə görüşüb.

Tərtər rayonunun Qapanlı kənd sakini Abbas Abbasov deyib: "Prezidentimizin xanımı ilə birlikdə kəndimizə gəlməsi, bizimlə görüşməsi bütün kənd sakinlərində böyük ruh yüksəkliyi yaradıb. Dövlətimizin başçısı bizimlə görüşdə bildirdi ki, dağılmış evlərin hamısı bərpa ediləcək. Səfərdən dərhal sonra isə əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam verildi. Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm ki, düşmənlə təmas xəttində yaşayan insanları sevindirdilər".

Ağdam rayonu Qaradağlı kənd sakini Rəhman Zeynalov isə bildirib: "Kəndimiz təmas xəttinin bir neçə kilometrliyində yerləşir. Düşmən bir neçə gün əvvəl kəndimizi artilleriya atəşinə tutub. Nəticədə xeyli ev dağılıb və zərər çəkib. Buna baxmayaraq, hamımızda döyüş ruhu var. Tezliklə qələbə qazanacağımıza inanırıq. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfər edərək, hərbçilərlə və əhali ilə görüşməsi bu inamı daha da artırıb".

Cəbhə kəndinin digər sakini Hilal İbrahimov isə deyib: "Prezidentimizin cəbhə bölgəsində sakinlərlə görüşməsi, səfərdən dərhal sonra, düşmən təxribatı nəticəsində mülki əhaliyə dəyən ziyanın aradan qaldırılması ilə bağlı Sərəncam verməsi bir daha dövlətimizin başçısının hər bir vətəndaşa, xüsusilə cəbhə bölgəsində yaşayan insanlara diqqət və qayğısının, problemlərinə həssaslıqla yanaşmasının göstəricisidir. Biz - cəbhə bölgəsinin sakinləri bunu yüksək qiymətləndirir, belə bir çətin vaxtda yanımızda olduğu üçün dövlətimizin başçısına minnətdarlığımızı bildiririk".

Tarix
2016.05.04 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu konvensiyanı təsdiqlədi

Baş nazir Gürcüstana başsağlığı verdi

İlham Əliyevin xalqa Ramazan təbriki

ABŞ İrana ordu yeritməyə hazırlaşır - Plan

Yataqlara zərbələr başladı, region yanır – Bu ölkələr batacaq..

İlham Əliyev Mirziyayevlə danışdı

Bakıdan Ermənistana 488 ton taxıl yola salındı

Bayramov Ər-Riyadda çıxış etdi: Naxçıvana PUA hücumu...

Bayramov Ərəbistanda İshaq Darla görüşdü

Ceyhun Bayramov Hakan Fidanla Ər-Riyadda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla