Yuxarı

İrəvana bu dəfə Rusiya da kömək edə bilməyəcək - Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Borcunun əksəriyyətinin Rusiyanın payına düşməsindən dolayı indi arxayın hərəkət edən Ermənistanı qarşıda çox böyük iqtisadi tənəzzül gözləyir. Ölkə iqtisadiyyatında növbəti devalvasiyalar və geriləmələr qaçılmazdır.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. İqtisadçı bildirib ki, Ermənistanın iqtisadi durumunun Rusiyadan asılılığı bu gün də ciddi şəkildə davam edir:

"Keçmiş postsovet respublikalarında Belarusdan sonra Ermənistan iqtisadiyyatında Rusiyanın rolu həddindən artıq yüksəkdir. Rusiyada davam edən iqtisadi çətinliklər, yatırımların azalması, baş verən təlatümlər təbii ki, Ermənistana da ciddi təsir göstərir. Çünki Ermənistanda ümum daxili məhsulun (ÜDM) böyük bir hissəsini Rusiya ilə iqtisadi əlaqələr təşkil edir. Ermənistan iqtisadiyyatında ən böyük investor elə Rusiyadır. Ötən il ölkənin milli valyutası təqribən 20 faiz ucuzlaşdı. Ermənistan iqtisadi durumu indi Rusiyada gedən proseslərlə birbaşa bağlıdır. Düzdür, I rübün nəticələrinə görə, ümumi daxili məhsulda sürpriz cüzi artım qeydə alınıb. Bunun səbəbi isə Türkiyə ilə məlum vəziyyətdən sonra, Ermənistandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artmasıdır. Buna baxmayaraq, ölkə iqtisadiyyatında növbəti devalvasiyalar və geriləmələr qaçılmazdır".

Ekspert bildirib ki, Ermənistanın kənardan formalaşan valyuta ehtiyatları da sürətlə əriməkdədir:

"Ermənistan dünya iqtisadiyyatına inteqrasiyada çox geri qalır. Təqdim etdikləri mal və xidmətlərin çəkisinə görə çox aşağı yerdədir. Rusiyadan birbaşa asılılıq isə bu iqtisadi modelin birtərəfli yönlənməsinə səbəb olur. Ermənistan dotasiya ölkəsidir. Həddindən artıq aşağı olan valyuta ehtiyatları isə hər il Ermənistan diasporunun ayırdığı yardımlar hesabına formalaşır. İndi də təqribən çox az, 1 milyard dollar civarındadır. Xarici borc ümumi daxili məhsula nisbətdə artıq 50 faizə çatıb. Borcunun əksəriyyətinin Rusiyanın payına düşməsindən dolayı indi arxayın hərəkət edən Ermənistanı qarşıda çox böyük iqtisadi tənəzzül gözləyir".

Tarix
2016.05.05 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla