Yuxarı

İrəvan Bakıya təxribat hazırladı, amma… - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İlin sonuna qədər Rusiyanın hansısa bir plan təqdim etmək niyyəti var. Plan Azərbaycanı qane etsə, həyata keçiriləcək. Bunun yeganə yolu isə Ermənistana siyasi təzyiqlərdən keçir. Əks təqdirdə güc variantı yenidən işə düşəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son durumu şərh edən politoloq Fikrət Sadıqov deyib. O, Ermənistanın son addımının ideoloji təxribat olduğunu açıqlayıb:

"İrəvan qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı məsələni qəsdən bir oyun şəklində gündəmə gətirdi. Məqsəd isə guya Azərbaycana və dünyaya ideoloji təxribat mesajı vermək idi. Ermənistan bununla həm də bir sıra dövlətlərin mövqeyini yoxladı. Ancaq bundan da bir şey çıxmadığını və zərbənin özlərinə geri qayıdacağını anlayıb, geri çəkildilər. Qarabağ məsələsi ətrafında gərginlik səngimir, hətta yaxın gələcəkdə də davam edəcək. Aprel hadisələri sübut etdi ki, Azərbaycan öz torpaqlarını azad etməyə tam hazırdır. İş orasındadır ki, biri var erməni tərəfi bunu başa düşsün, biri də var bundan nəticə çıxarsın. Bütün olanlardan sonra heç bir nəticə çıxarmayacaqlarsa, qan töküləcək. Çünki Azərbaycan artıq hücum mövqeyindədir və xeyli məsafə qət edib. Düzdür, rəsmi Bakı danışıqlardan da imtina etməyib, ancaq əsas mövqeyindən də geri dönməyəcək. Bunu aparıcı dövlətlər də çox yaxşı dərk ediblər. Təsadüfi deyil ki, ilin sonuna qədər Rusiyanın hansısa bir plan təqdim etmək istəyi var. Plan Azərbaycanı qane etsə, həyata keçiriləcək. Bunun yeganə yolu isə Ermənistana siyasi təzyiqlərdən keçir. Əks təqdirdə güc vasitəsi yenidən işə düşəcək".

Tarix
2016.05.07 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla