Yuxarı

MN-dən generalın işdən getməsi xəbərinə - Reaksiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidməti bu gün bəzi media orqanlarında Baş Qərargah rəisi Nəcməddin Sadıqovun vəzifəsindən azad olunması ilə bağlı yayılan informasiyaların yalan olduğunu bildirib:

"Ordumuzun düşmənə qarşı həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatları, torpaqlarımızın azad edilməsi istiqamətində fəaliyyəti Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən qiymətləndirilib. Bu yüksək qiymətdə hər kəsin, zabitlərin, gizirlərin, müddətdən artıq xidmət edənlərin və əsgərlərin, bir sözlə Ordumuzun hər bir üzvünün payı vardır.

Bunun fonunda bəzi media orqanlarında bu cür yazılar yaymaqla ermənipərəst qüvvələr özünün iç üzünü açıb göstərirlər. Onlardan fərqli olaraq, Silahlı Qüvvələrimizin rəhbərliyi və şəxsi heyəti gecə-gündüz ancaq bir məqsəd - torpaqlarımızın işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində çalışır.

Silahlı Qüvvələrimizin şəxsi heyətinin döyüş və mənəvi-psixoloji ruhu yüksəkdir. Düşmən dəyirmanına su tökməklə məşğul olanlar heç vaxt öz çirkin niyyətlərinə çata bilməyəcəklər. Ordumuz hər an xalqımızın tələbi və Ali Baş Komandanın əmri ilə torpaqlarımızı azad etməyə hazırdır və qadirdir".

Tarix
2016.05.10 / 15:36
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla