Yuxarı

Lavrovun “Bayramova məktub” yalanını kim və niyə yaydı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya xarici işlər naziri Sergey Lavrovun adından azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanlandığı iddia edilən, “Rusiyanın öz hava məkanının təhlükəsizliyinə zəmanət verə bilməz” sözlərinin əksini tapdığı məktubun, rəsmən təkzib edilməsəydi belə, feyk olduğu bəlli idi.

Birincisi, heç bir ölkə “hava təhlükəsizliyinə zəmanət verə bilmədiyini” rəsmi şəkildə dilə gətirməz, hətta nə qədər problemlər olsa belə. Rusiya kimi qlobal güc mərkəzlərindən biri isə ümumiyyətlə bu haqda danışmaz.

İkincisi, Lavrovun adından yayılan məktubun ingilis dilində olması “hər şeyi” ifadə edirdi. Rusiya xarici işlər naziri post-sovet coğrafiyasındakı Azərbaycana məktubu niyə başqa dildə yazsın?!

Bu iddianı Azərbaycan mediası diqqətdən kənarda buraxmışdı – yalnız Rusiya XİN-in təkzibi ilə bu xəbər mediada işıqlandırıldı. Çünki iddia primitiv idi, hərçənd, seçilən motiv – AZAL-ın təyyarəsinin Rusiya tərəfindən vrulması, Bakı-Moskva arasında gərginliyin yaşanması və gözləntilərin (Rusiyanın günahı qəbul etməsi, günahkarı cəzalandırılması və kompensasiya ödəməsi) hələ də qalması fonunda kifayət qədər mühümdür. Və bu motivin seçilməsi primitiv iddianın hədəfini aydınlaşdırır:

- Bakı-Moskva münasibətlərini gərginləşdirmək,

- Rusiyanı öz gücsüzlüyünü etiraf edən tərəf kimi göstərmək və s.

Motiv və hədəflər diqqəti “Lavrovun məktubu” planının Rusiyanın rəqibləri – Qərb ölkələri tərəfindən ortaya atıldığı versiyasına yönəldir. İddianın sosial şəbəkələrin Qərb seqmentində sürətlə tirajlanması da bu fikri gücləndirir. Hərçənd, bu ehtimalı sıradan çıxaran amil nəzərdən qaçmamalıdır: heç bir ölkə, yaxud hansısa ölkənin kəşfiyyat xidmətləri Bakı-Moskva xəttində çatların yaradılması, eləcə də Rusiyanın imicini alt-üst etmək üçün “feyknyusu” bu qədər primitiv formada hazırlamaz; beynəlxalq münasibətlərdə “feyknyus” taktikasından istifadə adətən daha inandırıcı və “tutarlı” olur.

O zaman sual yaranır: bu qədər primitiv iddianı Lavrovun adından kim yaya bilərdi, məqsəd nədir?

Bu suala birmənalı cavab tapmaq mümkün deyil. İstisna etmək olmaz ki, bunu “internet piratları”, yaxud hansısa bloger və ya blogerlər qrupu edib və məqsəd böyükçaplı sensasiya ilə diqqəti cəlb etmək olub.

Tarix
2025.01.14 / 14:06
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İlham Əliyevin müdrikliyi sayəsində... - Rusiya səfiri

Berse: Azərbaycana dostcasına təzyiq göstərəcəyik

İlham Əliyev Filippin prezidentini təbrik etdi

İlham Əliyev Vladimir Putini təbrik etdi

Prezident onlara müraciət etdi

Kremldən Bakıya açıq təhdid: Rusiya nədən qorxur?

15 İyun Milli Qurtuluş Günü müasir tariximizin şanlı səhifəsidir

Sahibə Qafarova Qazaxıstana səfər etdi

Xankəndidəki qalmaqal: sahibkar cavab yazdı – Nə baş verir?

Uşaq bağçaları başqa adla fəaliyyət göstərir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla