Yuxarı

Rusiyada azərbaycanlı qardaşlar körpələri xilas etdilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada azərbaycanlı qardaşlar körpələri xilas etdilər

Hadisə şahidləri: "Məmmədov qardaşları olmasaydı, evdə olan iki azyaşlı körpə və sərxoş qadın yanıb kül olacaqdılar"

Rusiyanın Həştərxan vilayətində iki azərbaycanlı qardaş yanğın baş verən binada iki azyaşlı körpəni xilas ediblər.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, fevralın 17-də Leninsk rayonunun Dalniy küçəsində yerləşən mənzildə yanğın hadisəsi baş verib.

Bu zaman həmin binada yaşayan Orxan və Sərxan Məmmədovlar ikinci mərtəbədə yerləşən mənzilə eyvandan daxil olaraq, əvvəlcə yerdə sərxoş vəziyyətdə uzanan bir qadını mənzildən çıxarıblar. Həmin qadın onlara evdə iki azyaşlı uşağın olduğunu söyləyib. Məmmədov qardaşları yenidən yanğının davam etdiyi mənzilə girərək, iki azyaşlı körpəni xilas ediblər. Bundan sonra hadisə yerinə yanğınsöndürənlər gəlib. Mənzil isə tamamilə yanaraq kül olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, Məmmədov qardaşları olmasaydı, evdə olan iki azyaşlı körpə və sərxoş qadın yanıb kül olacaqdılar.

Hadisə barədə danışan 23 yaşlı Orxan Məmmədov bildirib ki, yanğın baş verən zaman qardaşı ilə küçədə olub: "Mənzildən qara tüstünün çıxdığını gördük. Mənzili qatı duman bürüdüyündən, ora eyvandan daxil olduq. Eyvanın qapısını təpiklə sındırıb içəri daxil olanda yerdə bir qadın sərxoş vəziyyətdə uzanmışdı. Həmin qadını çölə çıxardıq. Bu zaman qadın gözlərini açdı və evdə iki azyaşlının olduğunu söylədi. Biz yenidən alovlar içində olan mənzilə daxil olub 4 və 5 yaşlı oğlan uşaqlarını xilas etdik. Azyaşlılardan biri həmin sərxoş qadının oğlu idi, digəri isə yanğın baş verən zaman evdə olmayan ev sahibinin. Alovlar içində olan mənzilə daxil olmaq mümkün deyildi. Tüstüdən adamın başı gicəllənirdi. Körpələr şok vəziyyətində idilər və qışqırırdılar. Əgər bir-iki dəqiqə geciksəydik, o zaman faciədən qaçmaq mümkün olmayacaqdı".

Qeyd edək ki, Yeni il ərəfəsində Həştərxan vilayətində mənzildə baş verən yanğın hadisəsi zamanı üç uşaq yanaraq ölüb. Hadisəyə səbəb isə valideynlərin səhlənkarlığı olub.

Tarix
2014.02.18 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla