Yuxarı

Axar.Az Logo carnation

"Qızıl üçbucaq" Azərbaycana təhvil verilir - Kirants sakini

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qızıl üçbucaq" Azərbaycana təhvil verilir - Kirants sakini

Ermənistanın Tavuş vilayəti istiqamətində yeni ərazilərin sərhədlərin delimitasiya və demarkasiyası prosesi çərçivəsində Azərbaycana təhvil verilməsi gözlənilir.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşrə danışan Tavuşun sərhəddə yerləşən Kirants kəndinin sakini Andranik Nazaryan deyib ki, proses çərçivəsində Kirants-Voskepar bölgəsində yeni ərazilərin verilməsinə hazırlıq görülür:

“Burada söhbət bizim üçün strateji əhəmiyyətə malik “Qızıl üçbucaq” adlanan ərazidən gedir. Həmin bölgədəki ərazilər Azərbaycana təhvil verilərsə, oradan keçən qaz kəməri də Bakının nəzarəti altına düşəcək. Ötən il baş tutan demarkasiya prosesi zamanı “Vətən üçün Tavuş” hərəkatının iştirakçıları çox aktiv idilər, buna qarşı çıxırdılar. Əhali indi də qətiyyətlidir, boş oturmaq istəmirlər, etiraz etməyə və mübarizə aparmağa çalışırlar. Lakin bizim çox ciddi lider problemimiz var, mübarizəyə rəhbərlik edəcək kimsə yoxdur”.

A.Nazaryan konkret hansı ərazilərin təhvilinə hazırlıq getdiyini açıqlamasa da, onların Azərbaycana məxsus anklavlar – Sofulu, Barxudarlı və Yuxarı Əskipara kəndləri olduğu ehtimal edilir.

Qeyd edək ki, ötən il baş tutan demarkasiya prosesi çərçivəsində Qazaxın Aşağı Əskipara, Bağanis Ayrım, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilib. Həmçinin Kirants kəndindən başlayaraq sərhəd divarı çəkilib və kəndin yarısı Azərbaycanın, yarısı Ermənistanın nəzarətində təsdiqlənib.

Tarix
2025.01.21 / 11:10
Müəllif
Axar.az
Digər xəbərlər

Kazana uçan təyyarə Bakıda eniş etdi - Səbəb

Bu, Bakının mühüm jestidir - Rubio

Qanlı 20 Yanvardan 36 il ötür

Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım

Azərbaycan Pakistana başsağlığı verdi

Heydər Əliyev də Davos forumunda iştirak edir - Foto

Əliyevlə bərabər, Paşinyan da bu mükafata layiq görüldü

İlham Əliyev ÜST-ün baş direktoru ilə görüşdü

Trampın “Yeni BMT”sinə üzvlük haqqı... - Bakı da qoşulacaq?

Nəsimi "Qurtuluş"dan getməsindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla