Yuxarı

İran Azərbaycana hücum etsə, nə olacaq? – Qoqoya cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanda fəaliyyət göstərən Rondeli Fondunun rəhbəri Kaxa Qoqolaşvilinin birdən-birə ağlına gəlib ki, İranla Azərbaycan arasında mümkün münaqişəni şərh etsin.

Onun fikrincə, bu “hərbi münaqişə” üçün kifayət qədər səbəblər varmış. Və əgər belə bir “hərbi münaqişə” başlasa, Tiflis çıxılmaz vəziyyətdə qalacaqmış: çünki bu halda Türkiyə öz ordusunun Gürcüstandan keçərək Azərbaycana gəlməsi üçün (kömək məqsədilə) Tiflisə müraciət edəcək, Tiflis isə icazə verdiyi halda onun Ermənistan, İran və Rusiya ilə münasibətləri korlanacaqmış. Buna görə də Gürcüstan qərar verməkdə çətinlik çəkəcəkmiş! “Əgər icazə versək, İran bizim dəmir yollarımızı raket və PUA-larla hədəf ala bilər”, – deyir Qoqolaşvili...

Yanlış yanaşmadır və ümumiyyətlə, bu “utopik nəzəri versiyanın” hansı zərurətdən ortaya çıxdığı da anlaşılmazdır.

Amma Kaxa Qoqolaşvilinin ermənilərin arzuladığı “ehtimalı” olarsa, Türkiyə Gürcüstandan izn almayacaq, birbaşa Naxçıvandan və yaxud elə öz sərhədindən İrana müdaxilədən qətiyyən çəkinməyəcək. Kaxaya kim deyir ki, İranın müdaxiləsi zamanı “savaş” Azərbaycan ərazisində gedə bilər?

İkinci tərəfdən, ABŞ və İsrail üçün bu, göydəndüşmə fürsət olardı. Trampın qayıdışı ilə İran ətrafında çənbər daralıb və ABŞ prezidentinin yeni milli təhlükəsizlik müşaviri Mayk Uolts rəsmən elan etdi ki, İran həddən artıq zəifləyib və bu vəziyyətdən istifadə etmək üçün Tehranla bağlı gələn ay qəti qərar veriləcək. Bu qərarın böyük ehtimalla iqtisadi olacağı və İranı iqtisadi baxımdan çökdürməyi hədəfləyəcəyi ehtimal olunur. Ancaq hərbi müdaxilə də masadadır, belə olmasaydı, İran SEPAH, “Bəsic”, ordu, dəniz, HHM qüvvələri də daxil olmaqla, bir-birinin ardınca, dayanmadan təlimlər keçirməzdi. İran hətta ilk dəfə olaraq yeraltı raket bazasını da açıq şəkildə nümayiş etdirdi – səbəb aydındır, ABŞ-ın yeni rəhbərliyinə və İsrailə nə ilə toqquşa biləcəklərini izah etməyə və hərbi müdaxilə planlarından imtinaya çalışır.

Yəni hətta ABŞ-İsrail cütlüyünün İrana mümkün hava zərbəsi ehtimalı da yox deyil – ancaq quru əməliyyatı ən avantürist hərbi-siyasi ekspertin belə ağlından keçirmədiyi ssenaridir. Amma əgər İran Azərbaycana qarşı hər hansı düşünülməmiş addım atarsa, bu, Tehran üçün birmənalı intihardır – təkcə NATO-nun ən qüdrətli ikinci ordusuna malik Türkiyənin müdaxiləsi və ABŞ-İsrail cütlüyünün zərbəsi deyil, həm də İrandakı 40 milyon azərbaycanlının daxili inqilabı ilə üzləşəcək.

İranın Azərbaycana hücum “ssenarisi” İranı məhv etmək istəyənlərin böyük arzusudur. Tehran bunu anlamamış deyil...

Tarix
2025.01.21 / 13:30
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İlham Əliyev Ərdoğana başsağlığı verdi

İlham Əliyev Davosda Cared Kohenlə görüşdü

Prezident Sultan Əhməd bin Sulaim ilə görüşdü

İlham Əliyev Davosda İraq prezidenti ilə görüşdü

İlham Əliyev Məsrur Bərzani ilə görüşdü

Anklavların müzakirəsində problem... - Simonyan

Lavrov erməni jurnalistin Bakı ilə bağlı sualına qəzəbləndi

Ağdamı vətən saymaqla səhv eləmişəm - Video

Araik məhkəmədə üzr istədi: bəs, “əmr verən” kimdir?

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla