Yuxarı

Paşinyan Suriyaya Kostanyanı göndərdi – Yeni siyasət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan Suriyaya Kostanyanı göndərdi – Yeni siyasət

Ermənistan hökuməti Suriyanın keçmiş prezidenti Bəşər Əsədlə sıx bağlı olsa da, onu devirən qüvvələrlə əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə başlayıb. Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanın Dəməşqdə Suriya xarici işlər naziri Əsəd əş-Şeybani ilə görüşü buna sübutdur.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, dekabrın 29-da Suriyaya səfəri zamanı Şeybani ilə Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev də görüşmüşdü:

“Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanında olduğunu bildirilən Yalçın Rəfiyev Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyini bəyan etmişdi. Görüşdə 12 illik fasilədən sonra Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətini bərpa ediləcəyi də vurğulanmışdı. Öz növbəsində nazir Şeybani Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinin regionda və dünyada sülhün bərqərar olması naminə əhəmiyyətli hadisə olduğunu ifadə edərək, bu münasibətlə Azərbaycan xalqı və rəhbərliyini təbrik etmişdi. Bu görüşdən bir gün sonra Azərbaycandan Suriyaya humanitar yardımla dolu maşınlar göndərildi.

Görünür, Bakıdan geri qalmaq istəməyən İrəvan da Suriyanın keçici hökuməti ilə əməkdaşlığa ümid edir. Kostanyan Ermənistanın humanitar və islahatların keçiriləcəyi sahələri, eləcə də Suriyada prioritet hesab edilən müxtəlif digər proqramları dəstəkləməyə hazır olduğunu bildirib. Görüşdə Ermənistan və Suriya xalqları arasında möhkəm tarixi əlaqələrin olduğu vurğulanıb.

Suriyanın keçici hökuməti müxtəlif ölkələrlə əməkdaşlıq etməkdə sərbəstdir. Hər halda İrəvanın Bəşər Əsədlə sıx bağlılığını da unutmayıblar və əsl tərəfdaşlarının hansı ölkələr olduğunu bilirlər”.

Tarix
2025.01.27 / 20:51
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla