Yuxarı

Ərdoğan Azərbaycana gəlir: İki qonşuya qardaş mesajı!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğan Azərbaycana gəlir: İki qonşuya qardaş mesajı!

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın gələn ay Azərbaycana planlaşdırılan səfəri həssas dövrə təsadüf edəcək. Rusiya və İranın Azərbaycana qarşı təxribatlarını artırdıqları dövrdə ölkəmizin Türkiyə ilə strateji müttəfiqliyi daha üst səviyyəyə qaldırması vacibdir.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O xatırladıb ki, Türkiyə prezidentinin Xocalıya səfər etməsi nəzərdə tutulur:

“Bu, Ərdoğanın iştirakı ilə Şuşada Türkiyənin konsulluq xidmətinin açılması üçün yaxşı fürsətdir. Konsulluq üçün böyük bina tələb olunmur. Şuşada olduğum sırada orada müharibə zamanı zərər görməyən ikimərtəbəli evlər gördüm. Onlardan birinin konsulluq üçün münasib yer olacağı qənaətindəyəm. Yox, əgər hazır məkan tapmaq mümkün deyilsə, konsulluq binasının təməlatma mərasiminin keçirilməsi də mümkündür.

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevi yanvarın 27-də Rusiya Xarici İşlər Nazirliyinə dəvət edən və Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirən nazir müavini Mixail Qaluzin ötən ilin iyun ayında açıqlama vermişdi ki, Moskva və Bakı Rusiyanın Azərbaycanda baş konsulluqlarının yaradılmasını müzakirə edir. Qaluzin Rusiyanın Xankəndidə konsulluq xidmətinin açılmasını nəzərdə tuturdu. Təyyarə olayından sonra Xankəndidə Rusiyanın konsulluq xidmətinin açılması mümkün deyil. Bakıdakı “Rus evi”ni kəşfiyyat mərkəzinə çevirən Moskva Xankəndidəki “konsulluq xidmətin”dən necə istifadə edəcək? Azərbaycan ərazisində Rusiyaya aid bu kimi mərkəzlərin sayı nə qədər az olarsa, bizim üçün milli və təhlükəsizlik baxımından bir o qədər faydalıdır. Bunun qarşılığında Türkiyə ilə ittifaq gücləndirilməli və Şuşada qardaş dövlətin konsulluq xidmətinin fəaliyyəti təmin edilməlidir. Bu, Azərbaycanın həm də Rusiya və İrandakı mərkəzlərə tutarlı cavabı olar”.

Tarix
2025.01.28 / 12:51
Müəllif
Axar.az
Digər xəbərlər

Zahid Orucdan ittihamlara cavab: Kimliyindən asılı olmayaraq...

Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas

Bakı ilə komissiya yaradılıb, proses davam edir - Simonyan

Erməni qayınanasının dəfninə gələ bilməyən nankor yavər

Mehdiyev işdən çıxandan sonra "prezident otağına" niyə qayıdıb?

ABŞ admiralı Azərbaycana təşəkkür etdi

Ramiz Mehdiyev bunlardan məhrum ediləcək

Mehdiyevin ətrafındakı deputatlar: Ona “ata” deyən...

Ramiz Mehdiyevin şəbəkəsində kimlər var? - Adlar açıqlandı

Ramiz Mehdiyevin siyasi planları: Hamısı ifşa olunacaq!

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla