Yuxarı

İrəvanda “Qarabağ” səsləndi: onlar Ermənistanın ağalarıdır!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda “Qarabağ” səsləndi: onlar Ermənistanın ağalarıdır!

İnternetdə bir qrup azərbaycanlının (Güney azərbaycanlıların) İrəvanın Respublika meydanında “Qarabağ” mahnısını azərbaycanca oxumasını əks etdirən videonun erməniləri şoka saldığı barədə məlumat vermişdik.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Ermənistan hakimiyyəti videonun köhnə olduğunu iddia edib. Amma politoloq Qagik Hambaryan öz Feysbuk səhifəsində bildirib ki, video yenidir.

“Əvvəla, materialın köhnə və ya təzə olması bir o qədər də önəmli deyil. Fakt isə odur ki, material yenidir və bunun sübutu Respublika meydanının bəzəyidir... Konkret olaraq isə meydanda yerləşdirilmiş ulduzlardır. Hökumət binasının keçən il sökülən saat qülləsi dekorasiyalar arasında olmayıb və bu il quraşdırılıb... Yəni video yenidir”, - politoloq bildirib.

Hambaryan Azərbaycan kəşfiyyatının İrəvanda işlədiyinə də əmin olduğunu deyib:

“Güman edirəm ki, bütün bunların təşkilatçıları Azərbaycan xüsusi xidmət orqanlarıdır ki, onlar ilk növbədə ermənilərə Ermənistanda istədiklərini, istədikləri yerdə, istədikləri zaman edə biləcəklərini, Ermənistanın ağaları və hökmdarları olduqlarını göstərdilər. Onlar Respublika meydanında Azərbaycan dilində “Qarabağ” mahnısını oxuya bilirlər... İkincisi, bütün bunların təşkilatçıları daha bir faktı təsdiqlədilər ki, İrandan bəzi Azərbaycan vətəndaşları Ermənistana gəlib. Ermənistanda Azərbaycan agent şəbəkəsinin nümayəndələri var və onlar Bakının göstərişi ilə hər şeyə hazırdırlar”.

Tarix
2025.01.31 / 09:56
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla