Yuxarı

Rusiya ilə bağlı reytinq: İlk iki yerdə azərbaycanlı, 3-də erməni...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalının rus versiyası Rusiya “daşınmaz əmlak kralları”nın 2024-cü ilin nəticələrinə əsasən yeni reytinqini dərc edib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, siyahıya daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilib və ona Azərbaycan əsilli sahibkarlar başçılıq edirlər.

İlk onluq belədir:

1. Qod Nisanov

2. Zaxar İliyev (Qod Nisanov və Zaxar İliyevin "Kiyevskaya ploşad" şirkətinin illik icarə gəliri 2 milyard dollardır);

3. Samvel Karapetyan - “Taşir” (685 milyon dollar);

4. Sait-Salam Qutseriyev - “Safmar” (490 milyon dollar);

5. Tara ailəsi - “Enka” (335 milyon dollar);

6. Aleksandr Klyaçi - “Gleden İnvest Qrupu” (315 milyon dollar);

7-8. Pavel Vaşşenko və Valeri Mixaylov - “Riverstretch Trading & Investments” (295 milyon dollar);

9. Araz Ağalarov - “Krokus Qrup” (245 milyon dollar);

10. Vladimir və Feliks Yevtuşenkovlar - “AFK Sistema” (240 milyon dollar).

İliyev və Nisanovun şirkətinin 2 milyon 591 min kvadratmetr kommersiya daşınmaz əmlakı var. Bu həcmə 148 min kvadratmetr ofis sahəsi, 320 min kvadratmetr anbar sahəsi, 1550 nömrəli otel, 1 milyon 39 min kvadratmetr sahəsi olan “Food City” ticarət mərkəzi və 180 min kvadratmetr sahəsi olan ticarət mərkəzi daxildir.

2024-cü ildə "Kiyevskaya ploşad" Lubyankadakı mərkəzi uşaq mağazasını “Gals-Development” strukturlarından alıb. "Detsky Mir"in sahəsi 74 min kvadratmetrdir və əməliyyat 10-20 milyard rubl qiymətləndirilir.

Tarix
2025.02.27 / 16:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onlara müraciət ünvanladı

İlham Əliyev hər zaman bizə sahib çıxıb - Tatar

İsrail Bakı danışıqlarından sonra niyə Suriyaya hücum etdi?

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Liderlər Şuşada - Fotolar

Əliyevlə Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidində - Foto

Yermak: Tramp yalnız bununla müharibəni bitirə bilər

Əliyevlə Berdiməhəmmədov Daşaltı kəndinin fonunda... - Foto

Mironovdan Azərbaycan bayrağı ilə bağlı açıqlama

Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla