Yuxarı

Suriyaya göndərilən yardım Hələbdə paylanıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Suriyaya göndərdiyi humanitar yardım Hələbdə paylanılıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Suriyadakı Səfirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb vilayətinin Karaköprü kəndindəki məcburi köçkün düşərgəsində təşkil edilmiş humanitar yardımın paylanması aksiyasında Azərbaycan Respublikasının Suriya Ərəb Respublikasındakı Səfirliyi iştirak edib.

Qeyd edək ki, ötən il dekabrın 30-u Suriyada Əsəd rejiminin süqutundan sonra yaranmış humanitar problemlərlə əlaqədar olaraq, Azərbaycandan Suriyaya ilk humanitar yardım karvanı yola düşüb. Yardım konvoyu 200 tona yaxın ərzaq və qida məhsullarını əhatə edir.

Əldə etdiyimiz xəbərə görə, Azərbaycan Respublikasının qardaş Suriya xalqına təqdim etdiyi 200 ton humanitar yardımdan 8 min məcburi köçkün ailəsi yararlanıb ki, bu da öz növbəsində, 32 min-40 min arası insan deməkdir.

Tarix
2025.02.28 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Zülfüqarov: Mətbuatımız erməni yalanını yaydı

İlham Əliyev sərəncam imzaladı

Paşinyan Bakının bu tələbini yerinə yetirir

İran parlamentinin ana dili qərarına daha bir etiraz

Tramp niyə Zelenski haqda sözündən imtina etdi?

Ceyhun Bayramov Kallasla danışdı

Matviyenko Azərbaycana gəlir

Pakistanla əməkdaşlıq ölkəmiz üçün strateji əhəmiyyət daşıyır

Qvineya-Bisaunun prezidentinin Bakıya səfəri başa çatdı - Foto

Milli Məclisin növbəti iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla