Yuxarı

Haaqada Xocalı soyqırımı qurbanları yad edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Niderlandın Haaqa şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının dəstəyi, Hollanda Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutub.

Axar.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Haaqanın “Nieuw Eykenduynen” (Yeni İkendinen) məzarlığındakı Xocalı soyqırımı abidəsi önünə gül dəstələri düzüb, faciə qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktoru Əkrəm Abdullayev, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi rəhbərinin müşaviri Hüseyin Altınalan, Milliyətçi Hərəkat Partiyasının sədr müavini, millət vəkili İlyas Topsakal, Azərbaycanın Niderlanddakı səfirinin müşaviri Nurlan Əliyev, Türkiyənin Niderlanddakı səfirliyinin nümayəndəsi Pınar Gülün Kayseri, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) sədrinin müşaviri Pərviz Məmmədzadə, Niderland ictimaiyyətinin nümayəndəsi Ron Gazelle, insan hüquqları müdafiəçisi Paul Donkers 1992-ci il fevralın 26-na keçən gecə erməni cəlladlarının dinc insanlara qarşı törətdiyi soyqırımın tarixindən danışıb, bu faciənin Azərbaycan xalqının yaddaşına qanlı hərflərlə yazıldığını söyləyiblər. Tək azərbaycanlılara qarşı deyil, bəşəriyyət əleyhinə cinayət olan Xocalı soyqırımına beynəlxalq ictimaiyyətin laqeyd qalmamasının vacibliyini diqqətə çatdırıblar. Çıxışlarda Xocalıya qayıdış prosesindən, Prezident İlham Əliyevin Xocalıya səfərləri, yerli sakinlərlə görüşləri xatırladılıb.

Ailə üzvlərini həmin gecədə itirən Xocalı sakini, "Erməni Təcavüzünün Tanıdılması" İctimai Birliyinin sədri yazıçı-publisist, jurnalist Səriyyə Müslümqızı da çıxışçılar sırasında olub. O, 32 ildən sonra Xocalıya qayıdan ilk sakinlərdəndir. Səriyyə Müslümqızı uzun illər həsrət qaldığı Xocalının hazırkı inkişafından fərəhlə danışıb. Holland dilinə tərcümə olunmuş “Onlar heç zaman böyüməyəcəklər” (Ze werden nooit volwassen) və “Xocalıdan gələn var” (Geesten uit Khojaly) kitablarını iştirakçılara təqdim edib. Xocalı soyqırımının qurbanı olan qadın və uşaqların həyatından bəhs edən və müxtəlif dillərə çevrilmiş kitablar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin davamında Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarxlar, "Xocalı Nişanəsi" adlı bədii-sənədli qısametrajlı film göstərilib və Hollanda-Azərbaycan Türk Kültür Dərnəyinin sədri İlhan Aşkının videoçıxışı səsləndirilib. Xarıbülbül məktəbinin şagirdlərinin Xocalı şahidlərinin yaşadığı dəhşətləri və faciənin acı reallığını əks etdirən rəsm sərgisi nümayiş olunub. Sərgi rəsmləri yer alan uşaqlara səhnədə təşəkkür hədiyyələri verilib.

Bağlanış nitqində Tuğrahan Aşkın, Xocalı faciəsinin təkcə anılması deyil, eyni zamanda gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulayıb və məhz bu məqsədlə rəsm sərgisinin təşkil edildiyini bildirib.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

Tarix
2025.02.28 / 15:00
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistan Azərbaycana təşəkkür etdi

Rəsmi Bakıdan Fransaya tələb!

Bakıdan 10 min erməniyə böyük jest… - XİN

Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!

Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər

Latviya Seymində azərbaycanca çıxış: Fəxr edirəm... - Video

Zülfüqarov: Mətbuatımız erməni yalanını yaydı

İlham Əliyev sərəncam imzaladı

Paşinyan Bakının bu tələbini yerinə yetirir

İran parlamentinin ana dili qərarına daha bir etiraz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla