Yuxarı

Oyuna gedən komanda Ağsu aşırımında qaldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oyuna gedən komanda Ağsu aşırımında qaldı - Video

Futbol üzrə II Liqada mübarizə aparan “Kür-Araz” komandası XIV turun “Şahdağ Qusar”la səfər oyununa gedərkən, yolda qalıb.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a İmişli klubunun prezidenti Mirheydər Səfiyev məlumat verib.

Onun sözlərinə görə, Şamaxı Olimpiya İdman Kompleksində keçirilməli olan oyuna məhz bu səbəbdən təyin olunan vaxtda yetişə bilməyiblər.

O, komandanın avtobusunun Ağsu aşırımını qalxa bilmədiyini söyləyib: “Yol qarlı olduğundan, aşırımı avtobusla çıxmaq mümkün olmadı. Zəng edib Peşəkar Futbol Liqasına (PFL - red.), qurumun texniki-idman direktoru Elgiz Abbasova məlumat verdik. Videoçəkilişləri, şəkilləri atdıq ki, burada vəziyyət belədir, avtobusla keçə bilmirik. Heç kiçik maşınlar da keçə bilmir. Hər bir halda təbiət hadisəsidir. Getməsək, deyərlər hə, getmədiniz. 20 dəqiqəlik məsafəmiz qalmışdı, “Axırıncı Aşırım” yeməkxanasının qarşısında yollar pis vəziyyətdə olduğundan, irəli keçə bilmədik və geri qayıtdıq”.

Qeyd edək ki, “Şahdağ Qusar”- “Kür Araz” oyunu bu gün Şamaxı Olimpiya İdman Kompleksində saat 14:00-da başlamalı idi. PFL-in yaydığı açıqlamada qarşılaşmanın baş tutmamasına səbəb kimi “Kür-Araz”ın təyin edilmiş vaxtda stadiona gəlməməsi göstərilib. Matçla bağlı yekun qərar AFFA İntizam Komitəsi tərəfindən veriləcək. O da bildirib ki, meydan sahibi komanda, oyun rəsmiləri təyin olunan vaxtda stadionda olub və stadion oyun üçün tam hazır vəziyyətə gətirilib. Hazırda Qusar təmsilçisi 39 xalla lider, İmişli klubu isə 24 xalla 5-ci pillədə yer alır. Qusar şəhər stadionu hazırda təmirdə olduğundan, "Şahdağ Qusar" rəqiblərini Şamaxıda qəbul edir.

Tarix
2025.02.28 / 16:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu türk ölkəsi ilə məsləhətləşmələr keçirdi

Azərbaycan əsgəri 20 km dərinliyə necə girib? - Papikyan

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla