Yuxarı

Feysbukda bu linklərə daxil olmayın – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Feysbukda bu linklərə daxil olmayın – Xəbərdarlıq

Saxta hesablar vasitəsilə Feysbuk sosial şəbəkəsi üzərindən fişinq cəhdləri həyata keçirilir.

Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Bildirilir ki, vətəndaşlara mesajlar göndərilərək saxta keçidlərə yönləndirilir. Mesajlarda Feysbukun icma qaydalarının pozulduğu üçün hesabın birdəfəlik silinəcəyi və bərpa prosesi üçün keçidə daxil olmaq bildirilir. Həmin keçidlərdə vətəndaşın hesab məlumatlarını ələ keçirmək üçün saxta giriş səhifəsi mövcuddur.

Xidmət vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, sosial şəbəkələrdən bu tip mesajlarla rastlaşdıqda, həmin məlumatları platformanın dəstək xidmətindən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə istifadəçi məlumatlarını (istifadəçi adı və şifrə) qarşı tərəfə ötürməməyi tövsiyə edir.

Tarix
2025.02.28 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla