Yuxarı

Rusiyaya kahı adı ilə marixuana aparmaq istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya kahı adı ilə marixuana aparmaq istədi

Dövlət Gömrük Komitəsi yük nəqliyyat vasitəsindən kahı formasına salınaraq gömrük nəzarətindən gizlədilməyə cəhd göstərilən xüsusilə külli miqdarda narkotik vasitə-marixuana aşkar edilib.

Axar.az komitəyə istinadən xəbər verir ki, Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi “Astara” gömrük postunun idxal nəzarət xəttində saxlanılıb və sürücü şifahi sorğu-sual olunub. O, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Stasionar rentgen qurğusunda keçirilən baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda şübhəli cizgilər müşahidə edilib və kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması keçirilib.

Xidməti it nəqliyyat vasitəsinin qoşqusundakı 2 paletə reaksiya verib. Yoxlama zamanı həmin paletlərdəki kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən 308 bağlamada qablaşdırma ilə birlikdə, ümumi çəkisi 97 kiloqram 280 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 və 234.4-1-ci maddələri ilə cinayət işi başlanıb və nəqliyyat vasitəsinin sürücüsü barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Tarix
2025.02.28 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda sığorta bazarı ilə bağlı yeni xəbər

Sahil Babayevə yeni müavin təyin edildi - Dosyesi

İlham Əliyev İspaniyanın oyununu izlədi - Video

YAP-da geniş müşavirə keçirildi

Əli Əsədov və Kobaxidze Tiflisdə otelin açılışında - Foto

Ombudsmanın seçiləcəyi tarix bəlli oldu

Mirziyayev TDT-yə yeni təkliflər verdi

Ərdoğan Bayramovu qəbul etdi

Tokayevdən Azərbaycanla bağlı çağırış

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla