Yuxarı

İran ovunmur: Vilayəti də Türkiyəyə “xəbərdarlıq” etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran ovunmur: Vilayəti də Türkiyəyə “xəbərdarlıq” etdi

Tehran heç bir ölkənin düşünülməmiş açıqlamalarla tarixi və dərin regional əlaqələri təhlükəyə atmasına icazə verməyəcək. Türkiyə rəsmilərindən də bəyanatlarında diplomatik nəzakətə riayət etmələrini və əsassız iddiaları təkrarlamaqdan çəkinmələrini gözləyirik.

Axar.az xəbər verir ki, bu sözləri İranın dini rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

“Türkiyədə bəziləri yanlış mövqeləri təkrarlamaqla və xarici təsir altında İranın bölgədəki mövqeyini zəiflədə biləcəklərini düşünürlərsə, yanılırlar”, - Vilayəti bildirib.

Qeyd edən ki, Türkiyə XİN rəhbəri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində İranın bölgədə öz maraqları üçün çoxlu vəsait xərclədiyini xatırladaraq, Suriyaya münasibətdə əvvəlki səhvlərin təkrarlanmaması gərəkdiyini bildirmişdi. Həmçinin İrana xatırlatmışdı ki, sizə daş atılmasını istəmirsinizsə, başqalarına daş atmayın.

İran XİN sözçüsü İsmayıl Bəqainin bu sözlərə cavabının ardınca Türkiyənin Tehrandakı səfiri də XİN-ə çağırılmışdı.

Tarix
2025.03.05 / 14:13
Müəllif
Suzanna İsmayılova
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla