Yuxarı

FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Məlumata görə, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi (RM) tərəfindən Bakı şəhəri, Yasamal rayonunun ərazisində yerləşən akademik Zərifə Əliyeva adına liseydə, Səbail rayon 239 və 329 nömrəli tam orta məktəblərində, Sumqayıt RM tərəfindən “Xırdalan Tibb Mərkəzi” MMC-də, Xızı Bələdiyyəsində, Sumqayıt şəhərində fəaliyyət göstərən “Real” Tibb Mərkəzində, 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində və İqtisadiyyat Nazirliyinin Abşeron-Xızı regional bölməsində, Gəncə RM tərəfindən Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbində, Gəncə şəhər A.Ələsgər adına 36 nömrəli və M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəblərində, Tovuz Rayon İcra Hakimiyyəti başçısının Əsrik kənd və Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Zəyəm qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərində işləməyən əhali üçün, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində, Aran RM tərəfindən Yevlax şəhər 5 nömrəli, Zərdab rayonu, Bıçaqçı kənd, Goranboy rayonu, Şəfəq kənd, Göyçay şəhər 6 nömrəli və Ucar rayonu, Qazyan kənd 2 nömrəli tam orta ümumtəhsil məktəblərində, Yevlax Reabilitasiya Mərkəzində, Qarabağ RM tərəfindən Ağdam rayon 68 nömrəli, Tərtər rayonu, Maksim Məmmədov adına Bəyimsarov kənd və Qapanlı kənd, Bərdə rayonu, Dilqəm Əliyev adına Şahvəlilər kənd tam orta ümumtəhsil məktəblərində, Şimal RM tərəfindən Siyəzən şəhər 1 nömrəli və Qusar şəhər 6 nömrəli tam orta məktəblərində, Cənub RM tərəfindən Lerik rayonu, Ə.Musayev adına Vizəzəmin kənd tam orta məktəbində və Cəlilabad şəhər N.Gəncəvi adına 1 nömrəli humanitar və təbiət fənləri təmayüllü liseyində, Şimal-Qərb RM tərəfindən Qax rayonu, Qaxbaş kənd 2 nömrəli ümumtəhsil məktəbində, Qəbələ rayonunun Bum qəsəbəsində, Tikanlı və Abarıx kəndlərində, Muğan RM tərəfindən Sabirabad rayonu, Qalağayın kənd tam orta ümumtəhsil məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın, zəlzələ və sel ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Tarix
2026.10.25 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla