Yuxarı

Qafqazda Rusiya əleyhinə ittifaq yaranır - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycanın Rusiyanın ekspansiyasından qorunmasından ötrü Türkiyə ilə münasibətləri genişləndirilməlidir".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, dünən Azərbaycan, Gürcüstan və Türkiyə Xarici İşlər nazirləri arasında görüşü müsbət qiymətləndirib:

"Gəncə bəyannaməsi bölgədə hər üç dövlət arasında əməkdaşlıq məsələlərində öz rolunu oynayacaq. Hər üç dövlət arasında olan münasibətlər müəyyən məsələləri çıxmaq şərti ilə yaxşı sayıla biləcək səviyyədədir. Bu bəyannamə də tərəfdaşlığın genişlənməsinə yönəlmiş bir addımdır. Bu, regionun geosiyasi proseslər ərəfəsində çox yaxşı addımdır. Bu, həm də üç dövlətin maraqlarının üst-üstə düşməsi üçündür".

Politoloq son görüşün Rusiya ekspansiyasından müdafiə kimi də qəbul edilməli olduğunu qeyd edib:

"Əslində Rusiyanın əsas hədəflərindən biri Cənubi Qafqazda nəzarəti tam bərpa etməkdir. Bu mənada isə Cənubi Qafqaz ölkələri, xüsusilə Azərbaycanın Rusiyanın ekspansiyasından qorunmasından ötrü Türkiyə ilə münasibətləri genişləndirilməlidir. Yəni bu üç dövlətin arasında münasibətlər güclənməlidir. Şübhəsiz ki, bu görüşün Rusiya ilə də əlaqəsiz olmasını demək günah olardı".

Ə.Oruclu həmçinin Rusiyanın bölgədəki münaqişələrdən hələlik Qafqaz ölkələri əleyhinə istifadə edə bilməyəcəyini deyib:

"Rusiyanın Cənubi Qafqaza əsas təsir vasitələrindən biri də bölgədəki münaqişələrdir. Rusiya burada konkret mövqe ortaya qoymur. Yəni o, tərəf deyil, vasitəçidir. Rusiyanın Cənubi Osetiyanı Gürcüstandan ayırıb, Şimali Osetiya ilə birləşdirməsi əslində beynəlxalq səviyyədə onun işğalı kimi dəyərləndirilə bilər. Sözsüz ki, son günlər Qərblə, xüsusilə ABŞ-la münasibətindəki gərginliyi nəzərə alsaq, bu, Rusiyaya qarşı təsir vasitəsi kimi qəbul edilə bilər. Bu, artıq işğalın konkret leqallaşdırılması olardı. Qarabağa gəlincə isə, Rusiya bununla bağlı hüquqi baxımdan heç bir addım ata bilməz".

Qeyd edək ki, dünən Gəncədə Türkiyə, Gürcüstan və Azərbaycan Xarici İşlər nazirləri arasında görüş keçirilmişdi.

Onu da xatırladaq ki, bir müddət öncə Cənubi Osetiyanın Rusiya ilə birləşmə məsələsi gündəmə gəlmişdi. Hətta məsələnin yaxın zamanlarda Cənubi Osetiya "parlament"inə çıxarılmasının nəzərdə tutulduğu da bəyan edilmişdi.

Tarix
2014.02.20 / 13:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Əliyev BƏƏ prezidentini Füzulidə qarşıladı

Putini bir müsahibə ilə darmadağın etdi...

Üç il öncə “yoxa çıxan” nazir Şuşada peyda oldu - Foto

Avanesyana Xankəndidə terror əmrini kim verə bilərdi?

57 ölkənin sərt bəyanatı günü Təl-Əviv hücuma keçdi

Putinin masasındakı “gizli qovluq”da nələr var? - Şok faktlar

Ermənilər Göyçədən gedir: Qərbi Zəngəzurda nə baş verir?

Trampın tələbi: AB kimi seçəcək? - "Le Monde"

Azərbaycan müdafiə xərclərini artırır - MN

Xəzər dənizi ilə bağlı kritik görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla