Yuxarı

Metsamor terrorçular üçün... - Qrinpis Rusiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası böyük bir ərazi üçün çirklənmə mənbəyidir. Bütün AES-lər təhlükəlidir, xüsusən də istismar müddəti bitmiş olmasına baxmayaraq, fəaliyyətini davam etdirən AES-lər.

Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında "Qrinpis Rusiya" təşkilatının enerji layihəsinin koordinatoru, enerji sahəsində tanınmış ekspert Rəşid Alimov bildirib. O deyib ki, Metsamor AES vaxtilə zəlzələyə müqavimət göstərib: "Yəni, layihə artıq köhnəlib və müasir tələblərə cavab vermir. Metsamor AES-də qoruyucu üzlük və müasir standartlara uyğun təhlükəsizlik sistemi mövcud deyil".

Ekspert Metsamor AES-də qəza olacağı təqdirdə, hansı ərazilərin çirklənəcəyi ilə bağlı indiyə kimi dünyada bir sıra tədqiqat institutlarının araşdırma apardığını, həyəcan təbili çaldığını vurğulayıb: "Bunlardan biri Avstriyanın Yer haqqında Elmi İnstitutunun apardığı araşdırmadır. Araşdırmada Metsamor AES-də qəza baş verəcəyi halda, Azərbaycan da daxil olmaqla, böyük bir ərazinin çirklənəcəyi qeyd olunub. Bildirilib ki, hava şəraitindən asılı olaraq Metsamor AES-dəki mümkün qəza böyük ərazini çirkləndirə bilər və bu, region üçün olduqca təhlükəlidir".

R. Alimov Metsamor AES-in mövcudluğunun nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların, terrorçuların regiona diqqətini artırdığını da əlavə edib: "Metsamor AES yaxın ərazidə hərbi əməliyyatların baş verəcəyi halda hücuma məruz qala biləcəyi kimi, həm də terrorçular üçün əlçatandır".

Ekspertin fikrincə, həm Ermənistanın, həm də regionun digər ölkələrinin bərpa olunan enerji mənbələrindən istifadəsi üçün böyük potensialı var: "Metsamor AES-in köhnə və təhlükəli blokları bağlanmalıdır".

Tarix
2016.05.25 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikol da “noyabra qədər” dedi: Bakının 3 tələbi…

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla