Yuxarı

Aviasiya Akademiyasında "Boinq" uçuş simulyatoru quraşdırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Aviasiya Akademiyasında (MAA) “Silk Way West Airlines” şirkəti ilə birgə idarəçilik məqsədilə Boinq-777 tam uçuş simulyatorunun təhvil verilməsinə dair tədbir keçirilib.

Akademiyadan Axar.az-a bildiriblər ki, tədbirdə MAA-nın rektoru, akademik Arif Paşayev, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, ADA Universitetinin rektoru, professor Hafiz Paşayev, “Silk Way Group”un şirkətlər qrupunun prezidenti Zaur Axundov və “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev iştirak ediblər.

MAA-nın rektoru, akademik Arif Paşayev çıxışında bildirib ki, yeni simulyator həm milli, həm də qlobal səviyyədə aviatorlar üçün yüksək keyfiyyətli pilot hazırlığı imkanlarını təmin edəcək. Simulyator MAA-da müvafiq ixtisas üzrə təhsil alan tələbələrin hazırlığında mühüm rol oynamaqla yanaşı, “Silk Way West Airlines”, “Azərbaycan Hava Yolları” kimi dünyada Boinq-777 təyyarələrini istismar edən digər hava yolu şirkətlərinin pilot və aviatorlarının bacarıqlarının artırılmasını, aviasiya təhlükəsizliyinin ən yüksək standartlara uyğunluğunu təmin edərək bu təlimlərin əsasını təşkil edəcək.

“Böyük Britaniya mərkəzli L3 Harris Commercial Aviation Solutions” şirkəti tərəfindən istehsal edilmiş simulyator olduqca real təlim təcrübəsi təklif edən və “777-F”, “777-200 LR”, “777-300 ER” kimi üç Boinq-777 təyyarəsini özündə birləşdirən yeni nəsil modelidir. Qabaqcıl vizuallaşdırma və uçuş simulyasiyası texnologiyaları ilə təchiz edilmiş bu model ən yüksək beynəlxalq aviasiya standartlarına uyğun olaraq, geniş çeşiddə kvalifikasiya sessiyaları, pilot qiymətləndirmələri və sertifikatlaşdırma təlimləri keçirməyə imkan verir.

Qeyd edək ki, sözügedən Boinq-777 tam uçuş simulyatoruna fevral ayında Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) ekspertləri tərəfindən hərtərəfli baxış keçirilib. Agentliyin uğurlu sertifikatlaşdırma prosesinin ardından yerli aviasiya hakimiyyət orqanları tərəfindən rəsmi tanınma MAA-nın beynəlxalq aviasiya standartlarına sadiqliyini daha da gücləndirəcək.

Simulyator ölkəmizdə istifadəyə verilməklə milli mütəxəssilərimizə qoyulan xərcləri əhəmiyyətli dərəcədə azaltmaqla və əlçatanlığı artırmaqla pilotların təlimlər üçün xaricə getməsi zərurətini aradan qaldırır.

Tarix
2025.03.10 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Londonda görüşlər keçirdi

Azərbaycan Argentinaya başsağlığı verdi

Zori Balayanla bu tarixdə tanış olmuşam - Qukasyan

Arutyunyan qanunsuz silahlı birləşmələrin adını saydı

Şimali Makedoniya prezidenti Bakıya gəldi

Qukasyandan Qarabağda erməni dili ilə bağlı etiraf

Əliyevlə xüsusilə bu məsələ barədə danışdıq - Ərdoğan

Putin Sahibə Qafarovanı ordenlə təltif etdi

Ukraynada bu sülhün tərəfdarıyıq - Qurtulmuş

NEQSOL Holding xüsusi tədbir keçirdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla