Yuxarı

Türkiyə silah ixracını ikiqat artırdı: Hansı ölkələrə silah satır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə silah ixracını ikiqat artırdı: Hansı ölkələrə silah satır?

2020-2024-cü illərdə Türkiyə qlobal silah ixracatındakı payını 1,7%-ə çatdırıb.

Axar.az xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh İnstitutunun (SIPRI) qlobal silah ticarəti ilə bağlı hesabatında bildirilib.

Qeyd edilib ki, 2015-2019-cu illərdə bu göstərici 0,8% olub. Beləliklə, son 4 ildə Türkiyənin silah ixracı 103% artıb.

Hesabata görə, Türkiyə dünyanın 11-ci ən böyük silah ixracatçısı olub. Türkiyənin ən böyük silah alıcısı Birləşmiş Ərəb Əmirlikləridir ki, bu da ümumi ixracatın 18%-ni təşkil edir. BƏƏ-dən sonra 10 faizlə Pakistan və 9,9 faizlə Qətər gəlir.

Türkiyənin hərbi sənayesi inkişaf etdikcə xaricdən silah alışı azalıb. Son 4 ildə Türkiyənin qlobal silah idxalında payı 1,7%-dən 1,1%-ə düşüb.

Hesabatda Türkiyənin Afrika ölkələrinə silah ixracını artırmasının xüsusilə diqqətçəkən olduğu da vurğulanıb. Türkiyə son 4 ildə 9 Afrika ölkəsinə silah ixrac edib ki, bu da Afrika qitəsinin ümumi silah idxalının 11%-ni təşkil edir.

Tarix
2025.03.10 / 22:21
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Qubadlı ilə bağlı paylaşım - Video

Qubadlının işğaldan azad olunmasından 5 il ötür

Deputatın gizlətdiyi qızı üzə çıxdı: Çöllərdə qalmışam... - Video

Azərbaycan bütün tərəfdaşlarla işləyəcək - Nazir

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Bakı İrəvana 3 milyardlıq malı kimin göstərişi ilə göndərib?

Azərbaycanlı jurnalist Rusiyada "xarici agent" elan edildi

General Abbasov niyə işdən çıxarıldı? - Səbəblər

Hakan Fidan Ramil Həsəni qəbul etdi

Prezidentin nümayəndəsi Emi Karlonla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla