
Çexiyada dünya müharibəsindən qalma bomba tapıldı
02:12
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Ukrayna Prezidenti Vladimir Zelenski "Şevçenko mükafatı"nın təqdimetmə mərasimində çıxış edərkən, tədbirə kostyumsuz gəldiyinə görə bağışlanmasını istəyib.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bununla bağlı video dövlət başçısı aparatının sosial şəbəkə hesabında yayımlanıb.
“Bir daha bütün ukraynalı yaradıcılara öz minnətdarlığımı bildirmək istəyirəm", - o deyib.
Daha sonra təbəssümlə, “Bağışlayın, mən kostyumda deyiləm”, - deyə zarafat edib.
Bundan sonra zalda alqış sədaları qopub.
Qeyd edək ki, Zelenskiyə kostyumsuz olması ilə bağlı irad 28 fevralda Ağ Evdə Donald Trampla görüşündə baş verən mübahisə zamanı bildirilmişdi.
Tarix
2025.03.11 / 00:13
|
Müəllif
Axar.az
|