Yuxarı

Ev almaq istəyənlərin diqqətinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ev almaq istəyənlərin diqqətinə!

Bu ilin fevral ayında Bakıda mənzillərin qiymətləri yanvar ayı ilə müqayisədə orta hesabla 1,5%, ötən ilin eyni dövrünə nisbətən isə 11,2% artıb.

Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc məlumat verib.

Həm ilkin, həm də təkrar mənzil bazarında bahalaşma olub

Onun sözlərinə görə, ilkin mənzil bazarında aylıq müqayisədə 1%, illik müqayisədə isə 12,9% bahalaşma qeydə alınıb. Bazarda təklif sayı isə ay ərzində 2,5%, il ərzində isə 14,5% artıb.

Təkrar mənzil bazarında yeni tikililərdə qiymətlər ay ərzində 1,5%, il ərzində 10,9%, köhnə tikililərdə müvafiq olaraq 1,1% və 9,8% artıb. Bazarda təklif sayı isə ay ərzində 2%, il ərzində isə 17% yüksəlib.

Kirayə bazarında qiymətlər sabit qalıb

Fevralda paytaxtda kirayə qiymətləri sabit qalıb, amma 1 il əvvələ nisbətən 9% bahalaşma müşahidə edilib. Kirayə mənzillərin təklif sayı ay ərzində 1,1%, il ərzində isə 15,9% artıb.

İnvestisiya məqsədilə alınan yeni tikililərdə bahalaşma davam edir

V.Oruc əlavə edib ki, təməl mərhələsində olan yeni tikililər üzrə qiymətlərdə kəskin bahalaşma müşahidə olunur. Onun sözlərinə görə, hazır binalarla müqayisədə, yanaşı yerləşən yeni tikililər bəzi hallarda 5-18% daha yüksək qiymətə təklif edilir.

Ekspertin fikrincə, bu tendensiya daşınmaz əmlak bazarında yeni bir fenomen kimi ortaya çıxıb və əsasən investisiya maraqlarını əks etdirir. Yəni vətəndaşlar hələ inşası başa çatmamış mənzilləri gələcəkdə daha yüksək qiymətə satmaq üçün alırlar.

Tarix
2025.03.11 / 00:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Sandunu təbrik etdi

Nepalda ölənlər arasında Azərbaycan vətəndaşları var?

Ankara və Təl-Əviv toqquşa bilər - Gözlər Bakıda...

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla