Yuxarı

Elman Paşayev məhkəmədə polislə dalaşdı, həbsi uzadıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elman Paşayev məhkəmədə polislə dalaşdı, həbsi uzadıldı

Rusiya məhkəməsi azərbaycanlı keçmiş vəkilin həbs müddətini artırıb.

Axar.az xəbər verir ki, vəkil məhkəməyə polisin müşayiəti ilə gətirilərkən mübahisə yaşanıb. Belə ki, Paşayev qohumlarını salamlamaq istəyərkən polis əməkdaşını itələyib.

Bundan sonra polis əməkdaşı ona xəbərdarlıq etsə də, vəkil nalayiq ifadələr işlədib.

Tərəflər arasında sözlü atışma hakimin məhkəmə salonuna gəlməsinə qədər davam edib.

Məhkəmə E.Paşayevin həbs müddətinin mayın 15-dək uzadılması barədə qərar qəbul edib.

Qeyd edək ki, yanvarın 13-də Moskva Qarnizonu Hərbi Məhkəməsi Paşayevin həbs müddətini martın 15-dək uzadıb. Həmin iclasda məlum olub ki, keçmiş vəkilin şübhəli şəxs qismində cəlb olunduğu daha bir cinayət işi açılıb. Bu cinayət işi onun narkotik alverçisi Zaxarov soyadlı birisinə xüsusi hərbi əməliyyat zonasında rahat qalması vədi ilə bağlıdır. İddiaya görə, Paşayev Zaxarova dövlət mükafatı alacağına, sonra isə azadlığa buraxılacağına söz verib.

Xatırladaq ki, ötən ilin payızında Paşayevə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (xüsusilə külli miqdarda dələduzluq) ilə ilk cinayət işi açılıb. İstintaqın versiyasına görə, 2024-cü ilin fevralında bloger Yelena Blinovskayanın əri Aleksey Blinovski ilə Moskvada şəxsi görüşü zamanı Paşayev onu inandırıb ki, külli miqdarda pul mükafatı müqabilində onları əvvəllər açılmış cinayət işi üzrə məsuliyyətdən azad edə bilər. Bu məqsədlə Paşayev Blinovskidən 18,5 milyon rubl və 300 min dollar pul alıb.

Tarix
2025.03.12 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto

Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...

Bu ölkə Bakıya köçürdüyü səfirliyini Tehrana qaytarır

Mehdiyev 7 saat dindirildi - İstintaqa əsa ilə gedib

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla