Yuxarı

Prezident tapşırığı: bu türk ölkəsinə yardım göndərildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyi (FHN) Qırğızıstana maddi-texniki yardım göndərib.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan FHN tərəfindən Qırğız Respublikasına təmənnasız olaraq maddi-texniki yardım göndərilib.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir. Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.

Tarix
2025.03.22 / 10:33
Müəllif
Axar.az
Digər xəbərlər

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Moskvadan Bakıya uçmalı olan təyyarə 1 sutkadır gözləyir - Video

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla