Yuxarı

Gülməmmədov Ərdoğanın adından verilən ziyafətdə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Hesablama Məhkəməsinin Prezidenti Recai Akyelin dəvəti ilə qardaş ölkənin Hesablama Məhkəməsinin 154-cü ildönümü ilə əlaqədar keçirilən tədbirdə iştirak etmək üçün Ankara şəhərində səfərdə olub.

Axar.az palatanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyənin Ali Audit Qurumunu ildönümü münasibətilə təbrik edərək, tədbirdə iştirakından məmnunluq duyduğunu bildirib, hər iki qurum arasında qarşılıqlı əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə inamını ifadə edib.

Tədbirdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlama məktubu oxunub.

Sonra Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman iştirakçıları salamlayaraq, Türkiyə Hesablama Məhkəməsinin yaranmasının 154-cü ildönümü münasibətilə təbrikini çatdırıb.

Tədbirdə Qətər Əmirliyi Audit Bürosunun prezidenti, Səudiyyə Ərəbistanı Baş Audit Bürosunun prezidenti, Şimali Kipr Türk Respublikası Hesablama Məhkəməsinin prezidenti həmkarlarını təbrik ediblər.

Səfər çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Türkiyə Hesablama Məhkəməsinin ildönümü ilə əlaqədar mayın 30-da verilmiş ziyafətdə iştirak edib.

Tarix
2016.05.30 / 22:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Prezident Slovakiyanın baş naziri ilə görüşdü - Foto

Azərbaycana qarşı “cəza” kampaniyasını, görün, kim aparır

MM-də maraqlı təklif: Paşinyanı Bakıya çağıraq

Milli Məclisin iclası başladı

Libbi Şuşaya niyə getdi? Millerdən ermənilərə cavab - Video

Azərbaycanı Naxçıvanla birləşdirəcək yol - Yeni video

Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh

Babayev və Overçuk COP29-a hazırlığı müzakirə etdi

Almatı görüşündən nələr gözlənilir? - Markedonov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla