Yuxarı

İlham Əliyev Britaniya səfiri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Britaniya səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kerol Meri Kroftsun etimadnaməsini qəbul edib.

Axar.az xəbər verir ki, diplomat etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Ölkələrimiz arasında ikitərəfli münasibətlərin gündəliyinin geniş sahələri əhatə etdiyini deyən dövlət başçısı səfir Kerol Meri Kroftsun diplomatik fəaliyyətinin bu əlaqələrin daha da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini vurğulayıb. BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu qeyd edən səfir Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlıq imkanlarından danışıb. Azərbaycanda olduğu müddətdə Bakı ilə yanaşı, respublikamızın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Kerol Meri Krofts xalqımızın qonaqpərvərliyinin və ölkəmizdəki fərqli gözəlliklərin onda dərin təəssürat yaratdığını, Bakının beynəlxalq bir şəhər kimi onu valeh etdiyini vurğulayıb.

Azərbaycanın müxtəlif bölgələri ilə tanışlığın ölkəmizi daha yaxından tanımaq üçün yaxşı fürsət yaratdığını deyən dövlətimizin başçısı bu səfərlərin əhəmiyyətini qeyd edib. Prezident İlham Əliyev səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən proseslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tarix
2016.05.31 / 12:07
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla