Yuxarı

Mən heç vaxt izləndiyimi hiss etməmişəm - İcra başçısı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova sui-qəsd hazırlamaqda təqsirləndirilən Bəhruz Əsgərovun cinayət işinin növbəti məhkəmə baxış iclası keçirilib.

Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda cinayət işində zərərçəkən qismində tanınan icra başçısı Taleh Qaraşovun nümayəndəsi, vəkil Taleh İbrahimov özünü məhkəməyə təqdim edib.

Zərərçəkənin nümayəndəsi Taleh Qaraşovun prosesə gəlmədən ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməsini məhkəmənin diqqətinə çatdırıb. Buna görə də Taleh Qaraşovun ibtidai istintaqdakı ifadəsi prosesdə elan edilib.

Zərərçəkən icra başçısı vurğulayıb ki, o, təqsirləndirilən şəxsi istintaqa qədər heç vaxt tanımayıb:

"Mənim Bəhruz Əsgərovla əvvəllər heç bir əlaqəm olmayıb, onu heç vaxt tanımamışam. Onun sui-qəsd planları barədə mətbuatdan xəbər tutmuşam. Bununla yanaşı, kiminsə məni güdməsini, izləməsini heç vaxt hiss etməmişəm".

Zərərçəkənin nümayəndəsi Taleh Qaraşovun təqsirləndirilən şəxsə qarşı hər hansı maddi təzminat iddiasının olmamasını məhkəmənin diqqətinə çatdırsa da, icra başçısının ondan şikayətçi olduğunu bildirib.

Aprelin 29-da keçirilməsi nəzərdə tutulan növbəti proses şahidlərin ifadələri ilə davam edəcək.

Xatırladaq ki, DTX tərəfindən cinayət məsuliyyətinə cəlb olunan B.Əskərova qarşı Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui-qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə ittiham irəli sürülüb.

Bəhruz Əsgərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verməkdə ittiham olunur.

Həmçinin Bəhruz Əsgərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Bəhruz Əsgərovun tutularaq, Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Tarix
2025.04.02 / 09:18
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Laçında Şərif bu feldmarşalı 2 dəfə ayağa qaldırdı - Tanıyın!

Ukrayna darmadağın etdi: Bu, Kreml sahibinə imic zərbəsidir

“Tuşonka-2” əməliyyatı başlayır: İfşalar olacaq - Şahnazaryan

Çin-ABŞ gərginliyi artır: Tramp ilk dəfə “soyuq savaş” dedi…

Sahil Babayev sahibkarları sevindirir – Ekspert alqışladı

Orta dəhliz bizim üçün vacibdir, Zəngəzur da... - Uraloğlu

Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…

İlham Əliyevdən Uşaqlar Günü ilə bağlı paylaşım - Video

PA rəsmisi minaya düşən vətəndaşlarımızın sayını açıqladı

Ərdoğan Laçında bununla sübut etdi ki... - Yüce

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla