Yuxarı

İnstitutlar birləşdirilir: nələr dəyişəcək? – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnstitutlar birləşdirilir: nələr dəyişəcək? – Ekspert

Azərbaycanda elmi institutların birləşdirilməsi ilə bağlı prezidentin imzaladığı son qərar elmi-tədqiqat sahəsində struktur islahatlarının yeni mərhələsidir. Bu elmi fəaliyyətin səmərəliliyini, idarəolunmasını və təhsillə əlaqəsini artırmağa yönəlmiş mühüm addımdır.

Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Ekspert bildirib ki, bu qərarın əsas məqsədi optimallaşdırmadır:

“Bu, həm dövlət resurslarının məqsədəuyğun istifadəsi, həm də elmi nəticələrin praktikaya inteqrasiyası baxımından vacibdir. İndiyə qədər Elmlər Akademiyasının və müxtəlif nazirliklərin tabeliyində olan elmi qurumlar çox zaman bir-birindən təcrid olunmuş şəkildə fəaliyyət göstərirdi. Bu isə həm idarəetmədə xaotiklik, həm maliyyə vəsaitlərinin pərakəndə xərclənməsi, həm də elmi nəticələrin zəif koordinasiyası ilə nəticələnirdi. Məsələn, oxşar mövzularda paralel tədqiqatlar aparılır, eyni tip laboratoriyalar bir neçə institutda təkrarlanır, nəticələr isə cəmiyyətə və iqtisadiyyata təsir göstərə bilmirdi.

İnstitutların birləşdirilməsi nəticəsində idarəetmə strukturunda ixtisarlar, texniki resursların birləşdirilməsi, elmi personalın daha düzgün bölgüsü mümkün olacaq. Bu, həm də elmi əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq”.

Ekspert əlavə olaraq bildirib ki, bu qərarın təhsilə qazandıracağı əsas üstünlük elmi müəssisələrlə ali təhsil müəssisələri arasında əlaqənin gücləndirilməsi olacaq:

“Son illərdə ali məktəblər elmi-tədqiqat funksiyasını daşısa da, müstəqil institutlarla əməkdaşlıq zəif idi. İndi birləşmiş və daha güclü institutlar universitetlərlə birgə layihələr, magistr və doktorantların praktik bazaya çıxışı baxımından yeni imkanlar yarada bilər.

Lakin burada diqqət edilməli məqam da var: bu birləşmələr yalnız kağız üzərində struktur dəyişməsi ilə yekunlaşmamalı, elmi müstəqillik, tədqiqat azadlığı və alimlərin təşəbbüsləri qorunmalıdır. Eyni zamanda, institutların birləşdirilməsi zamanı onların tarixi mirası, kadr potensialı və ixtisaslaşma səviyyəsi nəzərə alınmalıdır ki, bu proses itkiyə deyil, qazanca yönəlik olsun”.

Qeyd edək ki, Prezident İlham Əliyev Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi institutarın birləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Tarix
2025.04.05 / 07:00
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Ermənistanın Azərbaycanla sərhəddə sülhə risk yaradan təlimi

İş üçün Rusiyaya gedənlərin nəzərinə: Qaydalar dəyişir

Zelenski Ankarada Azərbaycana təşəkkür etdi

Bayramov onunla telefon danışığında şad xəbəri açıqladı

Trampla şəxsi münasibətlərim yüksək səviyyədədir - Prezident

Azərbaycanlılar bu ölkədən deport olundu

NATO “7 iyul, Ankara”nı seçdi – 256 ilin qisası...

Prezident Stiv Deynsi qəbul etdi - Foto

Geyinilə bilən rəqəmsal texnologiyaların zərərləri

Azərbaycana qarşı qırmızı xətti keçdik - İsrail nəşri

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla