Yuxarı

XİN Ukraynadakı soydaşlarımıza çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər Nazirliyi ölkəmizin Ukraynadakı səfirliyinə xəbərdarlıq edib. Nazirlik bu ölkədə baş verənlərə bağlı səfirliyə bildirib ki, orada yaşayan azərbaycanlılardan diqqətli olsun. Həmçinin, XİN səfirlik vasitəsi ilə Ukraynadakı soydaşlarımızı məlum hadisələrdən uzaq durmağa çağırıb.

Məlumatı "Axar.az"a nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. XİN sözçüsü Ukraynadakı soydaşlarımızın bacardıqları qədər qaynar nöqtələrdən uzaq olmağa çağırıb.

E.Abdullayevin sözlərinə görə, nazirliyin hadisələrlə bağlı Ukraynada yaşayan vətəndaşlarımızı geri çağırıb-çağırmayacağı hələlik məlum deyil:

"Nazirlik səfirlik vasitəsilə oradakı vətəndaşlarımızla əlaqə saxlayır. Mütəmadi olaraq vəziyyətlə maraqlanırıq. Biz də çalışırıq ki, oradakı azərbaycanlıları hadisələrdən uzaq tutaq. Hadisələrin bizimlə heç bir əlaqəsi olmadığına görə vətəndaşlarımızın da bundan bir zərər görməsini istəmirik".

Qeyd edək ki, Maydanda bir azərbaycanlı itkin düşüb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyevin APA-ya verdiyi məlumata görə, həmin şəxs əslən Bakının Hövsan qəsəbəsindən olan, 1987-ci il təvəllüdlü Ukrayna vətəndaşı Mustafayev Teymur Əli oğludur. R.Tağıyev bildirib ki, Teymurun ailəsi Kiyevdə yaşasa da, özü Ukraynanın Volın vilayətinin Turçin şəhərində yaşayır.

R.Tağıyev T.Mustafayevin tapılması üçün Daxili İşlər Nazirliyinə, Ukrayna Təhlükəsizlik Xidmətinə, ərazi üzrə yerli milis bölmələrinə, o cümlədən müxalifətin Maydandakı qərargahına müraciət olunduğunu söyləyib.

Tarix
2014.02.21 / 15:04
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla