Yuxarı

Hərbi əməliyyatlar hansı halda başlaya bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbi əməliyyatlar hansı halda başlaya bilər?

Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində razılaşmanın əldə edildiyi ötən ay açıqlandı. Məlum oldu ki, erməni tərəfi 2024-cü ilin yanvar ayına qədər Qarabağ mövzusunun sülh razılaşmasında əks edilməsinə çalışıb. Daha sonra isə Ermənistanın Xarici İşlər Nazirliyi bu mövzunun gündəlikdən çıxarıldığını bəyan etdi. Ona görə də sülhlə bağlı ilkin təminatlar məsələsində Azərbaycanın tələbi əsaslıdır.

Axar.az xəbər verir ki, bu sözləri Teleqraf-a politoloq Fərhad Mehdiyev sülh mövzusundan danışarkən deyib.

Onun fikrincə, ATƏT-in Minsk Qrupundan imtina ilə bağlı Bakının tələbi ciddi əsasa söykənir:

“Çünki Minsk Qrupunun məşğul olmağa çalışdığı münaqişə indi yoxdur. Hər iki tərəf bu məsələdə birgə addım atmalıdır. Sülh istiqamətində əldə edilən razılaşma əslində ciddi irəliləyişdir. Amma bu il sülh müqaviləsinin imzalanacağı ilə bağlı proqnoz vermək olmur”.

Politoloq hazırda geosiyasi şəraitdən asılı olan məqamların çox olduğunu söyləyib:

“Azərbaycan öz növbəsində prosesləri izləyir. Ermənistanla yekun sülh məsələsində Bakı tələb etdiyi məsələlərin həllini gözləməlidir. Bunun əksinə olacaq addım hərbi əməliyyatların başlamasıdır. Yenidən hərbi əməliyyatların başlanması ehtimalı isə çox azdır. Regional kommunikasiya xətlərinin açılması kimi addımlarla prosesdə vaxt qazanmaq olar. Zəngəzur dəhlizi məsələsində İrəvan nəhayət öz mövqeyini ifadə etməlidir. Çünki onlar Zəngəzur dəhlizinə razılıq verməsələr Ermənistan Orta Dəhliz konsepsiyasından kənarda qala bilər”.

“Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması isə çətin proses kimi qəbul edilməməlidir. Konstitusiya dəyişilməz bir sənəd deyil”, - Fərhad Mehdiyev bildirib.

Tarix
2025.04.10 / 14:21
Müəllif
Axar.az
Digər xəbərlər

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla