Yuxarı

İqtisadi Şuranın növbəti iclası keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi Şuranın növbəti iclası keçirilib.

Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2026-2029-cu illər üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən prioritet xərc istiqamətləri, Ortamüddətli Büdcə Çərçivəsi (OMBÇ), büdcə siyasətinin əsas istiqamət və hədəfləri, ortamüddətli dövr üçün ilkin makroiqtisadi proqnozlar və makro-fiskal çərçivə, 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri, büdcə dayanıqlığı və digər cari məsələlər ətraflı müzakirə olunub.

Gündəlikdə olan OMBÇ və 2026-cı il və sonrakı üç il üçün büdcə proqnozları barədə maliyyə naziri Sahil Babayevin geniş təqdimatı dinlənilib. Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın üzvləri tərəfindən çıxışlar edilib və müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla büdcə proqnozları barədə qərarlar qəbul olunub. Maliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara növbəti ilin büdcə zərfinin hazırlığı ilə bağlı müvafiq tapşırıqlar verilib.

Tarix
2025.04.11 / 17:37
Müəllif
Axar.az
Digər xəbərlər

İnternet Vergi İdarəsinə giriş təhlükədə ola bilər - Çağırış

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Büdcədə 2 milyarda yaxın profisit yarandı

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - Foto

Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı

Polşa onu Azərbaycana səfir təyin etdi

İrəvanın ümidi Ərdoğanın getməsidir - Solonnikov

AB-nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!

Prezident Çavuşoğluya yazdı: Bu xəbər məni kədərləndirdi

Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla