Yuxarı

Təbrizdə 750 illik universitet kompleksi yox olmaq üzrədir

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövrünün ən böyük universitet kompleksi olan, Çin, Hindistan və başqa ölkələrdən minlərlə tələbənin oxuduğu Təbrizin 700 illik tarixi abidəsi “Rəb-i Rəşidi” tamamilə yox olmaq üzrədir.

Kult.az xəbər verir ki, bu barədə İLNA xəbər agentliyi xəbərdarlıq edib.

“Yağış, sel və zəlzələlər kimi təbii hadisələrlə yanaşı, taleyin ümidinə buraxılan “Rəb-i Rəşidi” tarixi abidəsinin materiallarının şəxsi mənzillərin tikintisi üçün yağmalanması bu nadir memarlıq və tarixi əsərin tamamilə məhv olmasına səbəb olur”, - məlumatda bildirilib.

Agentlik İran Prezidenti Məsud Pezeşkianın bir müddət əvvəl tarixi əsərlərlə bağlı keçirilən tədbirdə minlərlə abidə arasında yalnız “Rəb-i Rəşidi“ kompleksinin adını çəkdiyini xatırladıb:

“Prezident 750 il əvvəl Rəşidəddin Fəzlullah Həmədaninin əmri ilə Təbriz şəhərində tikilmiş “Rəb-i Rəşidi” abidəsinin adını çəkərək, burada o dövrdə dünyanın yeddi dilində tələbələrə təhsil verildiyini qeyd etməsinə baxmayaraq, abidə əlaqədar dövlət qurumlarının məsuliyyətsizliyi ucbatından bütünlüklə yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb”.

Bildirilib ki, tarixi abidənin bərpa işlərinin ilkin mərhələsinin aparılması üçün nəzərdə tutulan 10 milyard tümən (indiki məzənnə ilə təxminən 100 min dollar) vəsait 7 ildir verilməyib.

Qeyd edək ki, Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu kompleksi Təbrizin şimal-şərqində yerləşir. Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və yüzlərlə müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərib.

Ancaq “Rəb-i-Rəşidini”in çiçəklənməsi uzun çəkməib və 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336-cı ildə şəhərciyi talan və viran edib və beləliklə də “Rəb-i Rəşidi“ süqut edib.

Hazırda Təbrizin ən əhəmiyyətli tarixi abidələri sırasında olmasına, 1975-ci il dekabrın 1-də 943 nömrəsi ilə İran milli əsərlər siyahısına salınmasına baxmayaraq, abidənin bərpası və qorunması üçün tədbir görülməyib.

Tarix
2025.04.15 / 15:38
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan ilə Çinin böyük planları var - Əliyev

İlham Əliyevdən Şuşa forumu ilə bağlı paylaşım - Video

Kifayətdir, artıq sülh şəraitində yaşamalıyıq - Prezident

Bu məsələdə Afrika dövlətlərini dəstəkləyirik - Əliyev

Buna təminat varmı? Belə bir qarantiya var? - İlham Əliyev

Fransa ilə Kaledoniya arasında baş verən hadisə...

Artıq cənnətin kiçik bir parçasını görürük - Prezident

Donald Trampa çox minnətdarıq - İlham Əliyev

Bütün bunlar mənə möcüzə kimi gəlir - İlham Əliyev

Rusiya ilə rəqabət aparmağa çalışmamışıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla