Trampın nümayəndələri ilə görüşə hazırlaşırıq - Zelenski
00:42
| Ana səhifə Planet |
|
Ukrayna nümayəndə heyəti Amerikada ABŞ Prezidenti Donald Trampın nümayəndələri ilə görüşə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa müraciətində bildirib.
"Amerika komandası Moskvadan qayıtdıqdan və Vaşinqtonda müvafiq məsləhətləşmələrdən sonra Rüstəm Umerov, Andrey Qnatov və danışıqlar üçün lazım olan hər kəs Prezident Trampın nümayəndələri ilə danışıqlarını davam etdirəcək.
Hazırda hər şey kifayət qədər səmərəli şəkildə gedir - Cenevrə və Floridada keçirilən görüşlərdə Ukrayna dinlənildi. Bu, vacibdir. Ümid edirik ki, belə olacaq. Ləyaqətli sülh yalnız Ukraynanın maraqlarını nəzərə almaqla mümkündür", - deyə Zelenski bildirib.
|
Tarix
2025.12.04 / 00:42
|
Müəllif
Axar.az
|