Yuxarı

Fatimeyi-Zəhra hara, Ermənistan hara? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fatimeyi-Zəhra hara, Ermənistan hara? - Video

İran-Ermənistan birgə hərbi təlimi “Ya Fatimeyi-Zəhra" kod adı ilə keçirilib. Xocalıda körpə zəhralara təcavüz edib müsəlmanları genosidə uğratmış erməni hara, peyğəmbərin ismətli qızı, İmam Əlinin həyat yoldaşı Fatimeyi-Zəhra hara? Kimi kimə calayıb təhqir edirsiniz? Peyğəmbər Əhli-beytini fars rejimi qədər təhqir və istismar edən ikinci rejim tarixdə olmayıb.

Axar.az xəbər verir ki, bu fikirləri ilahiyyatçı, Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan deyib.

“İslam dininin müqəddəsatını, ali simalarını, Peyğəmbər soyunu hərbi, siyasi təxribatlara alət, qalxan, sipər etmək onlara və bütün islam dünyasına qarşı həqarətdir.

Təbii ki, Sasani+Əhəməni məfkurəsindən doğan fars şüubiyyəsinin bu kod adının açması təlimin əslində hansı məqsədlə keçirildiyini bizə məlum edir. Lakin ismət və həya mücəssəməsi, müsəlmanların onun pak adını belə dilinə gətirərkən özünü yığışdırdığı müqəddəs bir xanımın isminin məsum körpələrin dərisini soyub, yarasına duz basmış bir silahlılarla yanaşı çəkilməsi, üstəlik xanımın namı ilə elələrinə dəstək nümayiş etdirilməsi islamı, Əhli-beyti, bütün müqəddəsatı təhqir etməkdir”, - İrfan bildirib.

Tarix
2025.04.14 / 14:53
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla