Yuxarı

Elmar Məmmədyarov CAR-ın Xarici işlər naziri ilə görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmar Məmmədyarov CAR-ın Xarici işlər naziri ilə görüşdü - Foto

Cənubi Afrika Respublikasına ilk rəsmi səfəri çərçivəsində Nazir Elmar Məmmədyarov CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin Naziri (Xarici İşlər Naziri) Nkoana Maşabane ilə görüş keçirib.

Nazirliyin rəsmi saytından "Axar.az"a verilən məlumata görə, görüşdə Azərbaycan ilə CAR arasında siyasi, iqtisadi, mədəni və enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə edilib və qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və CAR-ın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü dövründə iki ölkə arasında BMT TŞ-ı çərçivəsində həyata keçirilmiş əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti barəsində məlumat verən Nazir Elmar Məmmədyarov BMT TŞ-nın münaqişənin həlli üzrə qəbul etdiyi dörd qətnaməsinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini və Ermənistanın öz təcavüzkar siyasətini bu gün də davam etdirdiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın sosial-iqtisadi inkişafı və əldə etdiyi nailiyyətləri barəsində danışaraq, Azərbaycanın müxtəlif sahələrdə CAR ilə qarşılıqlı təcrübə mübadiləsi aparmağa hazır olduğunu bildirib və xanım Nkoana Maşabaneni Azərbaycana səfərə dəvət edib.

Xanım Nkoana Maşabane dəvəti məmnuniyyətlə qəbul etdiyini və Nazir Elmar Məmmədyarovun CAR-a səfərinin iki ölkə arasında əməkdaşlığın inkişafına güclü təkan verdiyini diqqətə çatdırıb.

Görüş əsnasında Nazir Elmar Məmmədyarov və xanım Nkoana Maşabane tərəfindən "Azərbaycan Respublikasının Hökuməti və Cənubi Afrika Respublikasının Hökuməti arasında müntəzəm diplomatik məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" imzalanıb.

Tarix
2014.02.21 / 21:16
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla