Yuxarı

MOSSAD Hacızadəni öldürür, Tramp məcbur olur… - Şok ssenari

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
MOSSAD Hacızadəni öldürür, Tramp məcbur olur… - Şok ssenari

İsrailin Tramp administrasiyasının İranla yeni nüvə razılaşması imzalaya biləcəyindən narahat olması fonunda belə bir ssenaridən çıxış yolu olaraq nəzəri baxımdan MOSSAD 2024-cü ildə İsrailə 400 ballistik raket atılması əmrini verən İran rəsmisini öldürə bilər.

Axar.az xəbər verir ki, belə bir iddia ilə “Yerusəlim Post” çıxış edib.

Bildirilib ki, belə bir nəzəri ssenarinin məqsədi Tehranı yəhudi dövlətinə yeni birbaşa hücuma təhrik etmək olar ki, bu da Trampla yeni nüvə razılaşması imzalandıqdan sonra belə İranın nüvə obyektlərinə geniş zərbə endirmək üçün əsas kimi istifadə edilə bilər:

“SEPAH-ın Hərbi Hava Qüvvələrinin rəisi, briqada generalı Əmir Əli Hacızadə 2024-cü ildə İsrailə 400-ə yaxın ballistik raketlə zərbə endirməsinə rəhbərlik etdiyini açıq şəkildə bəyan edib. Hətta bir sıra İsrail və Amerika rəsmiləri onun 2024-cü ilin oktyabrında öldürülməsini Tehranın ikinci birbaşa hücumuna İsrailin potensial cavabı kimi müzakirə etdilər – baxmayaraq ki, sonda Təl-Əviv İranın hava hücumundan müdafiə və ballistik raket istehsal imkanlarını məhv etməklə kifayətləndi.

Hacızadənin israilliləri öldürə bilməməsi yalnız ABŞ, İsrail və bir çox digər müttəfiqlərin möhtəşəm hava hücumundan müdafiəsi sayəsində mümkün oldu”.

Buna baxmayaraq, məqalədə beynəlxalq nüvə mütəxəssislərinin fikirlərinə yer verilib və Trampın İranın nüvə əldə etməsinin qarşısını ala biləcəyi istisna edilməyib. Bunun üçünsə ilk növbədə zənginləşdirilmiş uranın tamamilə sıfırlanması, daha sonra isə Fordo və Natanz nüvə obyektlərinin bağlanması, MAQATE ilə tam əməkdaşlıq lazımdır. Ancaq mütəxəssislərin fikrincə, bütün bu tədbirlər İranın nüvə silahı əldə etməsini yalnız bir neçə il ləngidə bilər.

Tarix
2025.04.16 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvan və Tehran sadələşdirilmiş gömrük dəhlizi yaradır

Əliyev və Ərdoğan İrəvana dəvət olundu

Mehdiyev Rusiyaya məktubunda nə yazıb? - Tam mətn

Prezident yeni səfirlər təyin etdi

İlham Əliyev bu səfirləri geri çağırdı

Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - Fotofakt

BƏƏ generalı Azərbaycanda səfərdədir - Foto

Mehdiyev işi: İstintaqa elə bir dosye təqdim olundu ki...

Arazdəyən-Sədərək ərazisi də açılmalıdır

Hakan Fidanın müavini Bakıya gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla