Yuxarı

Prezidentdən Türkiyə ilə bağlı tvit

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində daim Azərbaycanın yanındadır.

ANS-in məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi Tvitter kanalında paylaşılan mesajlarda bildirilir.

Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunmaması ikili standartlar və böyük ədalətsizlikdir.

İlham Əliyev bir neçə gün əvvəl Almaniya Parlamentində 1915-ci il hadisələrinin "soyqırım" kimi tanınması ilə bağlı qəbul edilən qətnaməyə də münasibət bildirib:

"Azərbaycan Almaniya Parlamenti tərəfindən qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilmiş ədalətsiz, qərəzli və tarixi təhrif edən qətnaməni pisləyir və qınayır".

Dövlət başçısı Azərbaycan və Türkiyə arasında bir sıra layihələrin birgə həyata keçirilməsi ilə bağlı əldə olunan razılaşmalara da münasibət bildirib.

"Azərbaycanla Türkiyənin birgə icra etdiyi layihələr həm ölkələri gücləndirir, həm də bölgənin daha da etibarlı və əməkdaşlığa hazır olmasını təsdiqləyir. Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir. Türkiyə-Azərbaycan birliyi nəinki regionda, dünya miqyasında bir amildir", - mesajda bildirilir.

Tarix
2016.06.05 / 15:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla