Yuxarı

Azərbaycanın mükəmməl hərbi sistemi var – Erməni general

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın mükəmməl hərbi sistemi var – Erməni general

Azərbaycan ən azı 1,5-2 il ərzində Ermənistana qarşı genişmiqyaslı hərbi müdaxilə etməyəcək. Ermənistan tərəfinin də müdafiə sisteminin möhkəmləndirilməsi üçün məhz bu qədər vaxtı var.

ANS-in verdiyi məlumata görə, bu fikirləri qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş "müdafiə naziri", general Samvel Babayan (Samo) Qarabağa səfəri zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan İsrailin raket hücumundan müdafiə sisteminə malikdir:

"Mən hətta Azərbaycan ərazisində yerləşdirilən bütün bu sistemlərin yerini göstərə də bilərəm. Əgər bir nəfər desə ki, dünyada bu cür sistemə malik olan üç ölkə var, mən deyərəm ki, Azərbaycan raket hücumundan müdafiə sisteminə malik 4-cü dövlətdir. Məni fikirlərimə görə qınayırlar. İndi deyin görək kim köhnəlib? Mən, ya onlar? Əgər onlar belə adi şeyləri belə bilmirlərsə, daha nə barədə danışaq? Ya da bilirlər, amma sizi aldadırlar. Əgər bilmirlərsə, bu daha pisdir. Amma əgər bilirlərsə və aldadırlarsa, deməli onlar parazitlərdir", - deyə Babayan dövlət məmurlarını tənqid edərkən deyib.

Samo onu da iddia edib ki, ölkəsində lazımi silahların alınması üçün vəsait yoxdur: "Mən ölkəmizin iqtisadiyyatının vəziyyətini çox gözəl bilirəm və nə isə təklif edəndə də təqribi rəqəmlər gətirirəm. Eyni zamanda onu da bilirəm ki, bu vəsaitlərin tapılması mümkündür. Bunun üçün isə onların öz üzərindəkilərə yüngülcə boylanması lazımdır".

Tarix
2016.06.06 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

Nümayəndə heyətimiz Buxara Ark qalasında - Video

TRİPP dəmir yolu bu ərazilərdən keçəcək - Paşinyan

İlham Əliyev və xanımı Buxarada səfərdədir - Video

İlham Əliyev Zelenskini təbrik etdi

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla