Ana səhifə Gündəm |
19:18
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 6-da Berlində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri Hans-Eberhard Şlayer və qurumun üzvləri ilə görüşü olub.
Axar.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Almaniya arasında münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Alman-Azərbaycan Forumunun idarə həyətinin üzvlərini aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda cəbhə xəttində törətdiyi təxribatlar barədə məlumatlandırıb.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı danışıqların vəziyyəti ilə bağlı Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvlərinə məlumat verib.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Berlində "Airbus Group" şirkətinin icraçı vitse-prezidenti Jan Pier Talamoni ilə görüşüb.
Görüşdə Azərbaycan ilə "Airbus Group" şirkəti arasında səmərəli əməkdaşlığın olduğu bildirildi. Müxtəlif sahələrdə, xüsusilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə "Airbus Group" arasında, o cümlədən kosmik sənaye sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
22:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Berlində Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Münxen Təhlükəsizlik Konfransı arasında yaxşı əməkdaşlığın olduğu bildirildi. Ölkəmizin Konfransın işində hər zaman fəal olduğu vurğulandı. Azərbaycanın dünyada təhlükəsizliyin təmin olunması işinə verdiyi töhfənin əhəmiyyəti qeyd edilib.
Söhbət zamanı aprelin əvvəlində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində qoşunların təmas xəttində törətdiyi təxribat, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tarix
2016.06.06 / 22:51
|
Müəllif
Axar.az
|